Naxçıvan şəhərində yeni yaşayış binası istifadəyə verilib
Tarix: 10.05.2017 | Saat: 22:45:00 | E-mail | Çapa göndər


Ümummilli lider Heydər Əliyevin siyasi xəttinin uğurla davam etdirilməsinin nəticəsidir ki, Naxçıvan Muxtar Respublikasında hər il geniş quruculuq işləri aparılır, yaşayış məntəqələri müasir görkəmə qovuşur, insanların sosial-məişət şəraiti yaxşılaşdırılır. Son illər milli və müasir memarlıq üslubunda inşa olunan çoxmənzilli ictimai yaşayış binaları qədim Naxçıvan şəhərinin arxitektura quruluşunu daha da zənginləşdirib, sakinlərin müasir və rahat mənzillərlə təminatına səbəb olub. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin mətbuat xidmətindən bildirilib ki, mayın 10-da - ümummilli lider Heydər Əliyevin anadan olmasının 94-cü ildönümündə Naxçıvan şəhərinin Heydər Əliyev prospektində yeni yaşayış binası istifadəyə verilib. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov binada yaradılan şəraitlə maraqlanıb. Məlumat verilib ki, 2015-ci ilin may ayında tikintisinə başlanılmış bina zirzəmi ilə birlikdə 8 mərtəbədən ibarətdir. İsti, soyuq və rütubətə davamlı izolyasiya qatına malik olan binada mənzillərin hər birinin ümumi sahəsi 240, yaşayış sahəsi isə 220 kvadratmetrdir. Müasir kommunal şəraitə malik mənzillərə daimi su və optik kabel xətləri çəkilib, onlar istilik, mərkəzləşdirilmiş antena və soyutma sistemləri ilə təmin olunub, lift quraşdırılıb. Binanın həyətində abadlıq işləri aparılıb, müasir işıqlandırma sistemləri qurulub. Ali Məclisin Sədri binanın müasir mühəndis texniki tələblər və iqlim şəraiti nəzərə alınaraq inşa olunduğunu bildirib, bundan sonra aparılacaq tikinti işlərində də bu amillərin nəzərə alınmasını tapşırıb.




 
Bölməyə aid digər xəbərlər
26.05.2019
Sabaha olan hava proqnozu açıqlanıb
26.05.2019
Gəncənin İmamzadə ziyarətgahında Heydər Əliyev Fondunun təşəbbüsü ilə iftar süfrəsi açılıb
26.05.2019
Güclü külək Qubada və Qusarda ciddi fəsadlar törədib
25.05.2019
“Azərişıq” hava şəraitinin kəskin dəyişilməsi ilə bağlı qabaqlayıcı tədbirlər görür
25.05.2019
Heydər Əliyev Fondu növbəti iftar süfrəsini Ağsuda açıb

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10790

1 Üç müharibə iştirakçısı olan general-mayor
2 Oqtay Zülfüqarovun uşaq mahnıları müasir aranjemanda səslənəcək
3 “İrəvan quberniyasına aid arxiv materiallarını oxuduqca hiss edirsən ki, buralar döğma torpaqlardır”
4 Erməni əsilli gimnast: Mxitaryanın yerində olsaydım, komandamla birgə Bakıya gələrdim
5 Vahid Rzayev:”Səhər gördük ki, ermənilər arxiv sənədində özlərinə sərf etməyən hissəni qayçı ilə kəsiblər”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info