ADTGT daha bir beynəlxalq təşkilata üzv qəbul edilə bilər
Tarix: 22.04.2013 | Saat: 22:29:00 | E-mail | Çapa göndər


Azərbaycan Demokratik Tələbə Gənclər Təşkilatından (ADTGT) qəzetimizə verilən məlumata görə, təşkilatın baş katibi Oqtay Məmmədov Gənclər və İdman Nazirliyinin dəstəyi ilə ABŞ-ın Brattleboro şəhərində keçirilən Beynəlxalq Yaşamda Sınaq (Experiment in International Living) təşkilatının 2013-cü ilin Baş Assambleyasında iştirak edib.
Baş Assambleyaya EIL təşkilatının 25-dən artıq ölkədən nümayəndələri qatılıb və orada bu tanınmış, nüfuzlu təşkilatın cari ildəki dünya üzrə fəaliyyəti, proqram və layihələri müzakirə olunub. Brattleboro Museum & Art Mərkəzində təntənəli açılış gecəsindən sonra müxtəlif vaxtlarda World Learning təşkilatın binasında işçi panel yığıncaqlar keçirilib. Assambleyada eyni zamanda fandreyzinq, sosial media və internet kommunikasiyalarının QHT fəaliyyətində rolu mövzularında seminar-məşğələlər aparıldı. Tədbirdə ADTGT funksioneri Azərbaycanın tarixi, iqtisadiyyatı, mədəniyyəti və dövlət gənclər siyasəti, gənclərin inkişaf imkanları haqqında məlumatlar verib, eyni zamanda çoxtərəfli və ikitərəfli görüşlərdə ölkəmizin 20 % torpağını işğal edən və 1 milyondan artıq qaçqın və məcburi köçkünü olan Azərbaycana qarşı Ermənistanın düşmənçilik siyasəti, ədalətsiz torpaq iddiaları haqqında ətraflı təqdimatlar keçirib. Assambleya çərçivəsində Azərbaycan təmsilçisi Almaniya, İrlandiya, Meksika, Yaponiya, Hindistan, Portuqaliya, İtaliya, Braziliya, Ekvador, CAR, Mərakeş, Argentina, Çili və Fransa nümayəndələri ilə görüşlər keçirmiş və qarşılıqlı fikir mübadilələri aparıb. Qurumda postsovet məkanından yeganə müşahidəçi statusla təmsil olunan ADTGT-nin tamhüquqlu üzvlük üzrə fəaliyyət (hərəkət) proqramı razılaşdırılıb. İş planına əsasən, 2013-2014-cü illərdə ADTGT EIL-in dünya ölkələri üzrə ofisləri ilə birgə bir çox istiqamətlərdə gənclər üçün mübadilə proqramları həyat keçirəcək ki, bu əməkdaşlığın nəticələri 2014-ci ildə İrlandiyanın Kork şəhərində keçiriləcək növbəti Baş Assambleyasında müzakirə olunacaq və ADTGT-yə bu beynəlxalq quruma tam üzvlük statusu haqqında qərar veriləcək.
Söhrab İSMAYIL




 
Bölməyə aid digər xəbərlər
21.09.2018
Naxçıvanda maliyyə və mühasibatlıq işçilərinin iştirakı ilə təkmilləşdirici təlimlər keçirilir
20.09.2018
Naxçıvanda “Avropa günləri” keçiriləcək
20.09.2018
600-dən çox adam sahilyanı ərazini 5 ton tullantıdan təmizlədi
20.09.2018
Azərbaycanda dünyanın ilk kurqan arxeoparkı yaradılacaq
19.09.2018
Gənc ailələr üçün yeni imkan: “Aqrar məhəllə” yaradılır

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10123

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 Ukraynada “Dünya azərbaycanlılarının palitrası” kitabının təqdimatı olub


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info