Gənc güləşçilərimiz beynəlxalq turnirdə iştirak edəcəklər
Tarix: 10.05.2017 | Saat: 23:32:00 | E-mail | Çapa göndər


Gürcüstanda dünya çempionu Muxran Vaxtanqadzenin şərəfinə həsr olunmuş gənclər arasında yunan-Roma güləşi üzrə beynəlxalq turnir keçiriləcək. Bu barədə Azərbaycan Güləş Federasiyasından məlumat verilib. Məşqçilər Zöhrab Abbasov və Turac Hüseynlinin rəhbərliyi altında mayın 13-dən 14-dək Batumidə 13 güləşçimiz turnirdə qüvvəsini sınayacaq. Heyətdə Zülfüqar Əliyev (50 kq), Zaur Nuriyev, Elvin Mustafayev (hər ikisi 55 kq), Kamran Mirzəliyev, Elvin Musayev (hər ikisi 60 kq), Cavid Miralayev (74 kq), Tuncay Vəzirzadə, Aslan Məmmədov (hər ikisi 84 kq), Tehran Əminzadə, Soslan Fanziyev, Nizami Şəmilov, Sayqidmaqomed Omarov (hamısı 96 kq) yer alıblar. Turnirin ilk günündə 50, 60, 74, 96, ikinci günündə isə 55, 66, 84 və 120 kiloqram çəki dərəcələrində qaliblər müəyyənləşəcək. Görüşlərin idarə edilməsində Azərbaycanı beynəlxalq dərəcəli hakim Zakir Məmmədov təmsil edəcək.




 
Bölməyə aid digər xəbərlər
17.02.2019
“Real Madrid” doğma meydanda “Girona”ya məğlub olub
17.02.2019
Rafael Ağayev Dubay Premyer Liqa turnirində bürünc medal qazanıb
16.02.2019
Azərbaycanlı atlet Balkan oyunlarında ikinci olub
16.02.2019
Azərbaycan Premyer Liqası: “Zirə” - “Neftçi” oyununda hesab açılmayıb
15.02.2019
Boksçumuz beynəlxalq turnirə qələbə ilə başlayıb

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Esmira Məmmədova
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10598

1 “Gürcüstanda yaşayan gürcü və azərbaycanlı gənclərin mütəmadi görüşlər keçirməsi vacib şərtdir”
2 “Vzqlyad.ru”: “Nazarbayev və Əliyev türk-islam dünyasının lideri roluna ən aktiv iddiaçılardır”
3 Prezident İlham Əliyevin Real televiziyasına müsahibəsi (Yenilənib)
4 “Əsas oxucu kütləsi sayılan gənclər bu gün internet mediaya daha çox üstünlük verirlər”
5 Qabaqcıl texnologiyalar dövründə ənənəvi və internet medianın inkişafı


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info