ABŞ və Türkiyə müdafiə nazirləri arasında telefon danışığı olub
Tarix: 10.05.2017 | Saat: 23:49:00 | E-mail | Çapa göndər


Pentaqonun YPG-yə silah verməsi Türkiyənin sərt reaksiyasına səbəb olub
ABŞ-ın müdafiə naziri Ceyms Mettis türkiyəli həmkarı Fikri Işıkla telefon danışığı zamanı iki ölkə arasında təhlükəsizlik sahəsində əməkdaşlığı müzakirə edib. Bu barədə “RİA Novosti”yə Pentaqonun mətbuat xidmətindən bildirilib. “Nazir ABŞ-ın NATO üzrə müttəfiqinin müdafiəsinin təmin edilməsinə və təhlükəsizlik sahəsində əlavə risklərin qarşısının alınmasına dair sadiqliyini təsdiqləyib. Hər iki lider İraq və Suriyada sülh və sabitliyi dəstəklədiyini təsdiqləyiblər”, - deyə Pentaqondan bildirilib. Qeyd edək ki, ABŞ prezidenti Donald Tramp bundan əvvəl rəsmi Ankaranın etirazına baxmayaraq, Suriyada “İŞİD”lə döyüşən kürd qruplaşmaların silahlandırılmasına dair planı təsdiqləyib. Tramp hökumətinin YPG-nin əsas hərbi qanadı olan “Suriya Demokratik Qüvvələri”ni silahlandırmaq qərarı Türkiyənin sərt etirazına səbəb olub. Xarici işlər naziri Mövlud Çavuşoğlu YPG-yə verilən silahların PKK-nın əlinə keçdiyini və Türkiyəyə qarşı təhlükə olduğunu qeyd edib. YPG təşkilatına ağır silah verilməsi məsələsinə münasibət bildirən ABŞ-ın müdafiə naziri Ceyms Mattis bununla əlaqədar Ankaranın narahatlığını çözməyə çalışacaqlarını bildirib. ABŞ-ın müdafiə naziri Litvaya səfəri zamanı cənub sərhədində təhlükəsizliyi təmin etmək üçün Türkiyə ilə yaxın əlaqələr quracaqlarını deyib.




 
Bölməyə aid digər xəbərlər
16.11.2018
Ərdoğan Qəzza zolağında vəziyyətlə bağlı Abbasa dəstəyini bildirib
16.11.2018
ABŞ Gülənin ekstradisiyasının yollarını axtarır
16.11.2018
Gürcüstandan Rusiyaya gedən avtomagistral yol bağlanıb
15.11.2018
Aİ - Britaniya “boşanması”: İrlandiya, Cəbəllütariq və Kipr üzrə protokollar razılaşdırılıb
15.11.2018
Miqrantlar ABŞ ve Meksika arasında olan sərhəd hasarına çıxdılar

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10488

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info