Yeni Prezident Şimali Koreyaya səfər edəcəyini istisna etməyib
Tarix: 10.05.2017 | Saat: 23:52:00 | E-mail | Çapa göndər


Cənubi Koreyanın yeni Prezidenti Mun Ce-inə ölkə parlamentində keçirilən inauqurasiya mərasimində xalqa müraciət edərkən Koreya yarımadasında gərginliyin azalmasına çalışacağını bildirib. “Euronews” telekanalı xəbər verir ki, bir qədər əvvəl ABŞ-ın raket əleyhinə komplekslərinin Cənubi Koreyada yerləşdirilməsinə qarşı çıxan Mun Ce-inə Vaşinqton və Pekinlə danışıqlarda bu məsələni yenidən qaldırmağa hazır olduğunu vurğulayıb. Bundan başqa o, şərait yaranacağı təqdirdə Şimali Koreyaya səfər edəcəyini də istisna etməyib. Vəzifəsinin icrasına başlayan Cənubi Koreyanın yeni Prezidenti Mun Ce-inə əsas dövlət postlarına ilk təyinatlarını edib. Koreya prezidenti Seuldakı iqamətgahında keçirdiyi mətbuat konfransında baş nazir postuna Çolla-Namdo vilayətinin keçmiş qubernatoru Li Nak Yonu təyin etdiyini bildirib. Bununla yanaşı, o, Cənubi Koreyanın Kəşfiyyat İdarəsinin rəhbəri və Prezident Katibliyinin başçısı vəzifələrinə də namizədlər irəli sürüb. 1974-cü ildə Seul Dövlət Universitetində hüquqşünas ixtisasına yiyələnən keçmiş jurnalist və Cənubi Koreya parlamentinin sabiq deputatı 64 yaşlı Li Nak Yon liberal görüşləri ilə məşhurdur. O, ölkənin birpalatalı parlamentində ardıcıl olaraq dörd çağırış yaşadığı vilayəti təmsil edib və 2014-cü ildə Çolla-Namdonun qubernatoru təyin olunub. Xatırladaq ki, Cənubi Koreyada növbədənkənar prezident seçkiləri korrupsiya qalmaqalında şübhəli bilinən sabiq prezident Pak Kın Xenin impiçmenti və vəzifəsindən kənarlaşdırılması ilə bağlıdır. Mayın 9-da baş tutan seçkiləri Koreya yarımadasında KXDR-ABŞ qarşıdurması səbəbindən yaranan gərgin vəziyyət fonunda keçirilib. 41 faizdən artıq səs qazanaraq prezident seçilən keçmiş hüquqşünas 64 yaşlı Mun Ce-inə sol qüvvələri təmsil edir. O, Şimali Koreya ilə münasibətlərin normallaşması tərəfdarı kimi tanınır.




 
Bölməyə aid digər xəbərlər
21.09.2019
İran, Çin və Rusiya birgə hərbi təlimlər keçirəcək
21.09.2019
İraqda partlayış, ölәnlәr var
21.09.2019
Türkiyәnin Milli Müdafiə Nazirliyi mәlumat yayıb
21.09.2019
Boko Haram qruplaşmasının yeddi üzvü dә öldürülüb
21.09.2019
Parisdə polis “Sarı jiletlilər“in aksiyasında 39 nəfəri saxlayıb

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Ağasəf Babayev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10895

1 Müəllimlərin təkmilləşdirilməsi üçün təlimlər keçiriləcək
2 В Великобритании перешли на систему образования СССР
3 Vilayət Eyvazov sərəncamda olan rəisə vəzifə verdi
4 “Bəzi belarus tələbə qızlar artıq Azərbaycana gəlin köçməyə hazırlaşırlar”
5 “Siyasi partiyaların bir araya gəlməsi müsbət qiymətləndiriləsi hadisədir”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info