“Moldovanın NATO-ya daxil olması qəti mümkün deyil”
Tarix: 11.05.2017 | Saat: 00:01:00 | E-mail | Çapa göndər


İqor Dodon:
“Müxtəlif yollarla calamaq istədikləri Avropa dəyərləri bizə lazım deyil”
“NATO-ya daxil olmaq Moldova üçün qəti qəbuledilməzdir”. Bu sözləri Moldova dövlət başçısı İqor Dodon Rusiya Dövlət Dumasının spikeri Vyaçeslav Volodinlə görüşdə deyib.
Dodon görüşdə ölkəsi üçün vacib olan prioritetləri açıqlayıb: “Mən bütün xarici tərəfdaşlarımzla görüşdə bildirirəm ki, 3-4 məsələ var ki, onların heç birinin danışıqlar predmeti olmasına imkan verməyəcəyəm. Bu, bizim dövlətçiliyimiz, Moldovanın qorunmasıdır, hansısa ölkəyə birləşmə ola bilməz. İkinci neytrallıqdır. NATO - qəti qəbuledilməzdir. Üçüncü prinsipial məsələ bizim pravoslavlığımızdır. Müxtəlif yollarla calamaq istədikləri Avropa dəyərləri bizə lazım deyil. Dördüncü prinsipial məsələ Rusiyadan olan dostlarımızla strateji əməkdaşlıqdır”. Qeyd edək ki, Konstitusiyaya əsasən Moldova 1994-cü ildən neytral dövlət statusundadır və NATO ilə fərdi proqramlar çərçivəsində əməkdaşlıq edir.

“Biz ölkəni birləşdirməliyik və düşünürəm ki, bunu hamı yaxşı başa düşür. Onu da bilirlər ki, bu, çox çətin məsələdir. Amma Dnestrin sağ və sol sahilində yaşayanların problemini addım-addım həll edəcəyik ki, mövqelər yaxınlaşsın. Lazım olan an yetişdikdə, qərar qəbul ediləcək”

Son sorğular göstərir ki, Moldova əhalisinin əksəriyyəti ölkənin NATO-ya üzv olmasına qarşıdır. Dodon Dövlət Dumasının spikeri ilə görüşdə Dnestryanı münaqişəsi ilə bağlı məsələyə də toxunub və danışıqlara hazır olduğunu bildirib: “Mən region rəhbərliyinə qarşı çox konstruktiv yanaşıram və onlarla artıq iki görüşüm olub. Ümid edirəm ki, yaxın zamanlarda yenə də görüşlər olacaq. Biz ölkəni birləşdirməliyik və düşünürəm ki, bunu hamı yaxşı başa düşür. Onu da bilirlər ki, bu, çox çətin məsələdir. İndi orda başqa nəsl yaşayır və biz bunu anlayırıq. Amma Dnestrin sağ və sol sahilində yaşayanların problemini addım-addım həll edəcəyik ki, mövqelər yaxınlaşsın. Lazım olan an yetişdikdə, bütün tərəflər hazır olduqda isə siyasi nizamlama ilə bağlı qərar qəbul ediləcək”. İqor Dodon onu da bəyan edib ki, Moldova bundan sonra MDB-nin keçirdiyi bütün tədbirlərdə təmsil olunacaq: “Bizim parlament çoxluğunun və hökumətin MDB-yə digər məsələlərlə bağlı mövqeyinə görə çox təəssüf edirəm. Amma biz qərar qəbul etmişik ki, bütün tədbirlərdə iştirak edək. Bu, MDB formatı da ola bilər, ikitərəfli görüşlər də. Biz Moldova nümayəndələrinin görüşdə iştirakını təmin edəcəyik”. Dodon Moldova parlamentinin MDB Parlament Assambleyasında iştirakdan imtina ilə bağlı qərarının da səhv olduğunu bildirib: “Bizim parlament çoxluğunun hansısa qərarı boykot etməklə bağlı mövqeyi aydın deyil. Siz mart ayında olan demarşdan xəbərdarsınızmı? Bu, parlament çoxluğunun səhvi idi. Biz şəxsi, partiya, çılız ambisiyaların yeni mərhələyə qədəm qoyan ikitərəfli münasibətlərimizi pozmasına imkan verməyəcəyik”.
Anar




 
Bölməyə aid digər xəbərlər
18.03.2019
Naxçıvanda Çanaqqala zəfərinin ildönümü qeyd olunub
18.03.2019
Ermənistan Rusiya ilə razılıq əldə edə bilmədi
14.03.2019
Ermənistan müdafiə nazirinin müavini və iki vitse-qubernator vəzifələrindən azad edilib
14.03.2019
Ermənistanda vergilər artırıldı
14.03.2019
Yerevanda polislə aksiya iştirakçıları arasında toqquşma baş verib

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10697

1 Akademik Ramiz Mehdiyev tariximizin xanlıqlar dövrünə sənədlər işığında nəzər salır
2 Təhsilə qoyulan sərmayə gələcəkdə yüksək potensiala malik savadlı gənclərin yetişməsini təmin edəcək
3 Xaricdəki və yerli ictimai birliklərin növbəti virtual görüşü olub
4 “Kaspersky Password Manager” proqramının yeni versiyası şifrənin təhlükəsizliyini yoxlayır
5 “Sondakika.com”: “Apreldən TANAP-ın Avropaya təbii qaz göndərəcək hissəsində sınaqlara başlanacaq”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info