“ArmenianReport”: “Əlimizdən heç bir şey gəlmir”
Tarix: 11.05.2017 | Saat: 00:06:00 | E-mail | Çapa göndər


Artıq 9 May-Qələbə Günü arxada qalıb. Rusiya ilə yanaşı, keçmiş müttəfiq respublika nümayəndələrinin də qatıldığı İkinci Dünya müharibəsi MDB ölkələrində rəsmi bayram kimi qeyd edilir. Lakin Moskvanın himayədarlıq etdiyi bəzi ölkələrdə, o cümlədən Ermənistanda bu bayrama olan münasibət birmənalı deyil. Ermənistanın «ArmenianReport» saytında dərc edilmiş yazı bu cəhətdən xarakterikdir.
Öncə, son dövrlər Qələbə Gününün simvolu kimi təqdim edilən «Georgiyev lenti»nə mənfi münasibət bildirən erməni müəllif yazır: «Əgər biz Rusiya asılılığından xilas olmaq istəyiriksə, ilk olaraq aşağıdan, zorakı Rusiya təbliğatından ölkəmizi təmizləməyə başlamalıyıq». «Georgiyev lenti»nin erməni xalqı ilə heç bir əlaqəsi olmadığını bildirən yazı müəllifi, «böyük qardaş» məfhumunun artıq aradan qalxdığını da yazmaqdan çəkinmir. Lakin «Araba kölgəsində yatan itin öz kölgəsində yatdığını güman etdiyini» unudur.
Rusiyayönümlü hərbi vətənpərvərlik kampaniyasının son illərdə Ermənistanda geniş vüsət almasını, erməni müəllif Rusiyanın ölkəsinə qarşı "beşinci kolon"un ilk addımları kimi dəyərləndirir. Qeyd edək ki, Qələbə Günü ərəfəsində İrəvan sakinlərinə paylanılan «Georgiyev lenti»ni Rusiyanın Baş Qərərgahı və Federal Təhlükəsizlik Xidmətinin ölkəsindəki fəaliyyəti kimi dəyərləndirir. Keçmiş Sovetlər İttifaqının bir çox ölkəsində bu lentdən imtina edildiyini bildirən erməni müəllif yazır: «Qonşu Gürcüstanda nəinki «Georgiyev lenti», hətta köhnə Sovet rəmzləri də yasaq edilib.
Biz tez-tez Moskvaya həm dərin iqtisadi, həm də hərbi-siyasi cəhətdən inteqrasiya olmağımızdan şikayətlənirik. Moskvanın bizə hər cəhətdən hamilik etməsini özümüz də etiraf etməkdəyik. İndi biz Rusiyanın ağuşundan qurtulmaq üçün nə etməliyik? Heç bir şey əlimizdən gəlmir. Əksinə, son dövrlər rus təbliğatını inkişaf etdirməklə, Federal Təhlükəsizlik Xidmətinin ölkəmizdəki fəaliyyətinə rövnəq vermiş oluruq. Əgər biz qurtulmaq istəyiriksə, ilk olaraq, lap aşağıdan, Rusiya təbliğatının ölkəmizdə geniş vüsət almasına imkan verməməliyik».
Hazırkı Ermənistanın mövcudluğu üçün Rusiyaya borclu olduqlarını unudan belə erməni yazarlar indi qonşu dövlətin “ağuşundan qurtulmaq” üçün yollar axtarırlar. Lakin anlamırlar ki, işğal etdikləri torpaqları azad etmədikcə, onların müstəqil dövlət qurmaq arzuları boş xülya olacaq....
Ağasəf Babayev




 
Bölməyə aid digər xəbərlər
14.11.2018
Ermənistandakı bəzi siyasi qüvvələr parlament seçkilərində iştirakdan imtina edirlər
14.11.2018
Putin: “Rusiya müsəlman ölkələri ilə dostluq əlaqələrinin inkişafına böyük əhəmiyyət verir”
13.11.2018
Nazarbayev Asiyada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının yaradılmasını təklif edib
13.11.2018
NATO Avropa ordusuna qarşı çıxdı
13.11.2018
Ermənistanın dövlət strukturlarında çalışanlar ixtisar ediləcək

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10468

1 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
2 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər
3 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
4 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
5 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info