Naxçıvanda 450 mininci sakin dünyaya gəlib
Tarix: 11.05.2017 | Saat: 00:39:00 | E-mail | Çapa göndər


Naxçıvan şəhər sakinləri Orxan Babayev ilə Şəbnəm Abdullayevanın ailəsində Naxçıvan Muxtar Respublikasının 450 mininci sakini - Babayev Fərhad Orxan oğlu anadan olub. “Naxcivantv.az” xəbər verir ki, mayın 10-da - ümummilli lider Heydər Əliyevin anadan olmasının 94-cü ildönümündə Doğum Mərkəzində bu münasibətlə tədbir keçirilib.
Naxçıvan Muxtar Respublikası Dövlət Statistika Komitəsinin sədri Kamal Cəfərov körpənin anası Şəbnəm Abdullayevaya övladının Naxçıvan Muxtar Respublikasının 450 mininci sakini olması ilə bağlı arayış təqdim edib. Naxçıvan Muxtar Respublikasının səhiyyə naziri Niyazi Novruzov uşağın sağlamlığı haqqında məlumat verərək deyib ki, 3 kiloqram 800 qram çəkidə doğulan uşaq tam sağlam şəkildə dünyaya gəlib və inkişaf prosesi normal qaydada gedir. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Aparatının Humanitar siyasət məsələləri və ictimai təşkilatlarla iş şöbəsinin müdiri Rəhman Məmmədov muxtar respublikanın 450 mininci sakini ilə bağlı tədbirin ulu öndərin anadan olmasının 94-cü ildönümünün təntənəli şəkildə qeyd olunduğu bir gündə keçirildiyini vurğulayaraq deyib ki, ulu öndərimiz Heydər Əliyev tərəfindən əsası qoyulan və uzunmüddətli dövrə, uğurlu strategiyaya əsaslanan alternativsiz inkişaf yolu bu gün muxtar respublikamızda müvəffəqiyyətlə davam etdirilir. Həyata keçirilən məqsədyönlü siyasət nəticəsində davamlı sosial-iqtisadi yüksəlişə nail olunub. Son illər muxtar respublikamızda əhalinin etibarlı sosial müdafiəsinin, habelə insanların yüksək rifah halının təmini istiqamətində reallaşdırılan ardıcıl tədbirlər də ulu öndərin müəyyənləşdirdiyi milli inkişaf modelinin sosialyönümlü səciyyəsindən irəli gəlir. Muxtar respublikamızın paytaxtında olduğu kimi, rayonlarda, ən ucqar kəndlərdə belə ən müasir infrastrukturun qurulması, mövcud potensialdan səmərəli istifadə etməklə iqtisadiyyatın ayrı-ayrı sahələrinin inkişaf etdirilməsi, əhalinin məşğulluğunun təmin edilməsi, xüsusilə gənclərin faydalı əmək məşğulluğunun artırılması muxtar respublikada demoqrafik artıma özünün müsbət təsirini göstərib. Məhz bunun nəticəsidir ki, ötən 8 il ərzində muxtar respublikada əhalinin sayı 400 mindən 450 min nəfərə çatıb. Rəhman Məmmədov uşağın anasını Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin adından təbrik edərək ona mükafat təqdim edib. Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Ramilə Seyidova və Naxçıvan Muxtar Respublikasının əmək və əhalinin sosial müdafiəsi naziri Cavid Səfərov muxtar respublikanın 450 mininci sakininə hədiyyələr veriblər.
Valideyn Şəbnəm Abdullayeva göstərilən diqqət və qayğıya görə muxtar respublika rəhbərinə minnətdarlığını bildirib.




 
Bölməyə aid digər xəbərlər
21.05.2019
Güzəştli şərtlərlə pensiya hüququ olanlar üçün yeni Qəbul Mərkəzi istifadəyə verilib
20.05.2019
Sosial proqramların uğuru və ildən-ilə genişlənməsi bəzi dairələrdə dərin narahatlıq hissi yaradıb
18.05.2019
“DOST” mərkəzləri əlilliyi olan şəxslərin reabilitasiya vasitələri ilə rahat şəkildə təminatı imkanlarını artıracaq
17.05.2019
Sahil Babayev və müavinləri vətəndaşlarla görüşüblər
17.05.2019
Azərbaycanda səfərdə olan nümayəndə heyətləri ilk DOST mərkəzində olublar

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10784

1 “İş yerlərində təhlükəsiz əmək şəraiti yaratmaq lazımdır”
2 General-mayor Tərlan bəy Əliyarbəyovun nəvəsi: “Babam öz istedadını milli hərbi kadrların yetişməsinə sərf edib”
3 Üç müharibə iştirakçısı olan general-mayor
4 Şuranın dəstəyilə 13 saylı orta məktəbdə “Diaspor dərsi” keçirilib
5 AzMİU-da İmadəddin Nəsiminin 650 illik yubileyi qeyd olunub


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info