Metropolitendə könüllülər İslam Oyunlarına hazırdılar
Tarix: 11.05.2017 | Saat: 15:41:00 | E-mail | Çapa göndər


Mayın 12-dən 22-dək Bakıda keçiriləcək IV İslam Həmrəyliyi Oyunları zamanı Bakı metropolitenində təşkil edilən sosial əhəmiyyətli layihələrdən biri də könüllülərin fəaliyyəti ilə bağlı olacaq.
Qeyd edək ki, 2015-ci ildə Bakıda keçirilmiş birinci Avropa Oyunları zamanı da metropolitendə könüllülərin xidmətindən istifadə olunmuşdu. "Bakı Metropoliteni" QSC-nin rəhbərliyi bu uğurlu təcrübəni İslam Oyunları dövründə də tətbiq edəcək.
Metropolitenin Oyunların keçiriləcəyi arenaların, həmçinin şəhər mərkəzinin yaxınlığında yerləşən stansiyalarında fəaliyyət göstərən könüllülər üzərində «Ask me» (tərcüməsi – "Məndən soruş") yazılmış köynəkləri və metropolitenin atributları olan geyimləri ilə diqqət çəkəcəklər.
Əsas məqsəd şəhərimizə təşrif buyurmuş qonaqların, xüsusən də əcnəbilərin metropolitendə koordinasiyalı hərəkətini, idman və sosial-mədəni obyektlərə səmtini rahatlıqla müəyyənləşdirməsini təmin etməkdir. Eyni zamanda, onlar lazım gəldikdə sərnişinləri digər faydalı məlumatlarla təmin edəcək, İslam dünyasının bir parçası olan Azərbaycanın zəngin tarixi-mədəni irsinin təbliği, paytaxtımızdakı idman və mədəniyyət sahələri haqqında maraqlı məlumatlar verəcəklər.
Seçim mərhələsində namizədlər arasından 30 nəfər könüllü seçilib. Daha sonra onlarla müvafiq təlimatlandırma işi aparılıb, həmçinin könüllülərin çalışacaqları stansiyalarla tanışlıqları təmin edilib. Onu da əlavə edək ki, könüllülərin əksəriyyəti "Bakı-2015" Avropa Oyunları zamanı könüllü kimi metropolitenlə əməkdaşlıq ediblər.
Bütün könüllülər müvafiq ləvazimatlarla, o cümlədən geyim dəsti və yaddaş kitabçaları ilə təmin ediliblər. Növbətçilik cədvəli isə onların təcrübəsinə uyğun müəyyən edilib. Könüllülər stansiyaların giriş-çıxışlarında iki növbəli rejimdə fəaliyyət göstərəcəklər.
Tural




 
Bölməyə aid digər xəbərlər
13.11.2018
Özünüməşğulluq proqramı çərçivəsində 50-dən çox ailəyə mal-materiallar təqdim olunub
13.11.2018
“DOST” mərkəzlərinin yaradılması üçün əlavə vəsait ayrılıb
13.11.2018
13 noyabr - Beynəlxalq Gözdən Əlilliyi olan şəxslər Günüdür
13.11.2018
Bütün pensiyalar artırılacaq
12.11.2018
Daha 4 vərəsəyə sığorta ödənişi aldıqlarına dair sənədlər təqdim edilib

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10461

1 İncəsənət dünyaya sülh gətirir
2 İsveçdə Skandinaviya Azərbaycanlılarının Koordinasiya Şurası yaradılıb
3 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
4 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər
5 “2019-cu ildə əmək haqları və pensiyalar artacaq”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info