“Azərbaycan MDB çərçivəsində iqtisadi və humanitar əməkdaşlığın fəal iştirakçısıdır”
Tarix: 11.05.2017 | Saat: 16:57:00 | E-mail | Çapa göndər


Rusiya paytaxtında Heydər Əliyevin anadan olmasının 94-cü ildönümü münasibətilə tədbir keçirilib.
 
APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, Azərbaycanın Rusiyadakı səfirliyinin Qonaq Evində keçirilən tədbirdə Rusiya prezidentinin səlahiyyətli nümayəndəsi Aleksandr Beqlov, MDB İcraiyyə Komitəsinin sədri Sergey Lebedev, Rusiya Federasiya Şurasının sədr müavini İlyas Umaxanov, Federasiya Şurasının Beynəlxalq Əlaqələr Komitəsinin sədri Konstantin Kosaçov və digər rusiyalı rəsmilər və deputatlar, Rusiyadakı Azərbaycan diasporunun üzvləri və tanınmış simaları iştirak ediblər.
 
MDB İcraiyyə Komitəsinin sədri Sergey Lebedev APA-ya açıqlamasında Heydər Əliyevlə dəfələrlə görüşdüyünü söyləyib: "Heydər Əliyev beynəlmiləlçi bir insan idi. O, Sovet İttifaqının tərkibinə daxil olan xalqların dostluğunu və əməkdaşlığını yüksək qiymətləndirirdi. Əliyev öz fəaliyyətində MDB ölkələri xalqlarının dostluğunun qorunub saxlanılmasının və möhkəmləndirilməsinin tərəfdarı idi. Bu gün Heydər Əliyevin işlərini onun oğlu, Azərbaycanın indiki Prezidenti İlham Əliyev davam etdirir. Mənə çox xoşdur ki, Azərbaycan MDB çərçivəsində iqtisadi və humanitar əməkdaşlığın fəal iştirakçısıdır. Azərbaycan torpağında təhsil və gənclər siyasətinin qorunub saxlanılmasına istiqamətlənən bir çox humanitar tədbirlər keçirilir. Bu il Azərbaycanın Gəncə şəhəri MDB-nin mədəniyyət paytaxtıdır. Əminəm ki, Heydər Əliyevin postsovet ölkələri arasında dostluq və əməkdaşlığın qorunub saxlanılması ilə bağlı gördüyü işlər bundan sonra da davam etdiriləcək”.
 
S. Lebedev Dağlıq Qarabağ münaqişəsinin nizamlanması məsələsinə də toxunub. O, MDB ölkələri liderlərinin bu münaqişənin tezliklə hər iki xalqın maraqları nəzərə alınmaqla həllində maraqlı olduğunu söyləyib: "Əminəm ki, bu, Azərbaycan və Ermənistan xalqlarının maraqlarına cavab verər. Bizim ölkələrin liderləri bu məsələnin həllinə yardımçı olmaq üçün bütün lazımi səyləri göstərirlər. Bunu bir müddət əvvəl Moskvada keçirilən Rusiya, Azərbaycan və Ermənistan XİN başçılarının görüşü də göstərir. Münaqişənin tezliklə sülh yolu ilə nizamlanmasına istiqamətlənən digər addımlar da atılır. Ümid edirəm ki, bütün bu ümumi səylər arzuolunan nəticələrə gətirib çıxaracaq".
 
SSRİ-nin xalq artisti olmuş İosif Kobzon isə bildirib ki, Heydər Əliyev Rusiya-Azərbaycan münasibətlərinin qurulmasında bünövrə rolunu oynayıb: "O, mənim konsertlərimə gəlirdi. Düzünü deyim ki, mən həmkarlarım Müslüm Maqomayevə və digərlərinə həsəd aparırdım ki, onların incəsənəti və mədəniyyəti anlayan belə müdrik rəhbəri var. Heydər Əliyev bütün bu dəyərləri oğlu İlham Əliyevə də ötürüb″.
 
Müasir Azərbaycan haqqında danışan İ. Kobzon ölkədə görülən işlərə heyran qaldığını vurğulayıb: “Azərbaycanlıların gözəl keyfiyyətləri var. Onlar oğurlamağı öyrənməyiblər, hər şeyi özləri yaradırlar. Hər dəfə Azərbaycana gələndə ölkənizin necə inkişaf etdiyini, böyüdüyünü görürəm. Neft pulları xalqın və ölkənin mənafeyinə xərclənir. Azərbaycanın belə sürətlə inkişafından qürur duyuram”.
 
Rusiya Federasiya Şurasının komitə sədri Konstantin Kosaçov Heydər Əliyev şəxsiyyətinin miqyasının çox böyük olduğunu söyləyib: "Onun həyata keçirdiyi işlərin miqyası o qədər böyükdür ki, günlərlə danışmaq olar. Bu gün onun işlərini Prezident İlham Əliyev davam etdirir. Azərbaycan uğurla inkişaf edir. Bugünkü mürəkkəb geosiyasi vəziyyətdə bu, heç də asan deyil. Azərbaycanı da, Rusiya kimi, istəməyənlər çoxdur. Lakin müasir Azərbaycan öz ləyaqətini qoruyur, suverenliyinə toxunmağa icazə vermir. Belə desək, Heydər Əliyev tərəfindən özülü qoyulan siyasi xətt davam etdirilir. Bu gün ölkə rəhbərliyinin apardığı siyasət öz adekvatlığını və milli maraqlara cavab verdiyi sübut edir”.
 
Daha sonra tədbirin rəsmi hissəsi başlayıb. Tədbiri giriş sözü ilə açan Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu Heydər Əliyevin Moskvada çalışdığı dövrdə Rusiya regionları və keçmiş Sovetlər İttifaqı ölkələri üçün çox şey etdiyini deyib: "Heydər Əliyev Sovet İttifaqının rəhbərlərindən biri olub. Onun Sovet İttifaqı üçün xidmətləri unudulmazdır. Bu gün burada Heydər Əliyevi yaxından tanıyan və onunla çiyin-çiyinə çalışmış insanlar oturub. Bizim tədbirimizi dünyanın bir sıra ölkələrində keçirilən tədbirlərdən fərqləndirən də məhz budur".
 
Tədbirdə Rusiya Federasiya Şurasının sədr müavini İlyas Umaxanov, Rusiya prezidentinin nümayəndəsi Mixail Şvıdkoy, SSRİ Nazirlər Sovetində çalışmış Vladimir Uxov və digərləri Heydər Əliyevlə bağlı xatirələrini danışıblar. 




 
Bölməyə aid digər xəbərlər
24.09.2018
Yerevan meri postuna seçkilərdə xeyli qanun pozuntusu və insident qeydə alınıb
24.09.2018
Aşot Qriqoryan: “Bu gün Ermənistanın yürütdüyü siyasət acınacaqlı vəziyyətdədir”
24.09.2018
Minsk şəhərində “Bakı Bulvarı”
23.09.2018
İrəvanda “ölü canlar” da seçki bülletenlərinə salınıb
22.09.2018
Qalust Qriqoryan: “İsrailin müdafiə nazirinin Bakı səfəri Ermənistana xüsusi mesajdır ”

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10139

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Yalnızlıq qorxusu
4 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info