İmmunlaşdırma Həftəsi başlayır
Tarix: 22.04.2013 | Saat: 22:34:00 | E-mail | Çapa göndər


22-27 aprel tarixlərində Azərbaycanda İmmunlaşdırma Həftəsi keçiriləcək. Səhiyyə Nazirliyinin Mətbuat xidmətinin xəbərinə görə, immunlaşdırma həftəsi Bakı və bütün bölgələri əhatə edəcək.
Qeyd olunub ki, 2007-ci ildən etibarən Azərbaycan Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Avropa Regional Bürosunun İmmunlaşdırma Həftəsinin keçirilməsi təşəbbüsündə iştirak edir. Azərbaycanda 2013-cü ildən həyata keçirilən immunlaşdırma həftəsinin əsas məqsədləri planlı immunlaşdırma əhatəsinin yerlərdə yüksəldilməsi üçün əhalinin məlumatlandırılma səviyyəsinin artırılması, pnevmokok əleyhinə vaksinlərin immunlaşdırma proqramında tətbiqi ilə bu infeksiya tərəfindən törədilən uşaq ölümünün və xəstələnmə səviyyəsinin azaldılması, qızılca, məxmərək xəstəliklərinin eliminasiyası naminə nəzarətin gücləndirilməsi və qızılca, məxmərək, parotitə qarşı peyvəndlə əhatə səviyyəsinin yüksəldilməsidir. İmmunlaşdırma həftəsi çərçivəsində Azərbaycanda bir sıra tədbirlər keçiriləcək. 23 aprel tarixində Elmi-Tədqiqat Pediatriya İnstitutunda Pnevmokok infeksiyasına qarşı peyvəndin Azərbaycan Respublikasının İmmunlaşdırma Proqramında tətbiqinin hazırlığına həsr olunmuş konfrans keçiriləcək. Tədbirdə (ÜST) Avropa Regional Bürosunun vaksinlə qarşısı alınan xəstəliklər və immunlaşdırma proqramının eksperti Ludmila Mosina da iştirak edəcək. Qeyd edək ki, 2013-cü ildə Avropa İmmunlaşdırma Həftəsi təşəbbüsünə ÜST-nin Avropa Regionunun üzvü olan bütün 53 dövlət qoşulub.
NIGAR




 
Bölməyə aid digər xəbərlər
15.01.2019
“Korrupsiyaya qarşı mübarizə tədbirləri daha intensiv xarakter alıb”
15.01.2019
“Azərbaycanda sosial ticarət, e-ticarətin bir addım önündə“
15.01.2019
“Bakcell” sosial şəbəkələrdə abunəçi sorğularını 100% cavablandırıb
15.01.2019
Əlahiddə Çevik Polis Alayında əməliyyat müşavirəsi keçirilib
15.01.2019
Ağsuda MİGAZ-la bağlı maarifləndirici seminar keçirilib

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10561

1 “Azərbaycan güclü ölkə kimi dünya miqyasında özünü təsdiqləyib”
2 Xocalı tarixi və mədəniyyəti
3 Struktur dəyişiklikləri dövlət idarəçiliyinin təkmilləşdirilməsini nəzərdə tutur
4 Azərbaycan Dövlət Pedaqoji Universitetində doktoranturaya və dissertanturaya qəbul başlanıb
5 Azərbaycanın qonşu ölkələrlə əlaqələri yüksək səviyyədədir


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info