BİTKol-da ümummilli liderin anadan olmasının 94-cü ildönümü qeyd edilib
Tarix: 11.05.2017 | Saat: 18:09:00 | E-mail | Çapa göndər


Bakı İdarəetmə və Texnologiya Kollecində (BİTKol) ümummilli lider Heydər Əliyevin anadan olmasının 94-cü ildönümünə həsr olunmuş tədbir keçirilib. Əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni və kollecin himni səsləndirilib, ardınca ulu öndər H.Əliyevin həyat və fəaliyyətini əks etdirən film nümayiş olunub.
BİTKolun təlim-tərbiyə işləri üzrə direktor müavini Xalid Məcidov tədbiri giriş sözü ilə açaraq, dünyaşöhrətli siyasətçi, ulu öndər H.Əliyevin Azərbaycan dövləti və xalqı qarşısındakı xidmətlərindən söhbət açıb. Qeyd olunub ki, Azərbaycanın otuz ildən artıq bir dövrünü əhatə edən tarixi taleyi ümummilli lider H.Əliyevin adı ilə qırılmaz tellərlə bağlıdır. Bu illər ərzində xalqın ictimai-siyasi, iqtisadi və mədəni həyatının bütün sahələrində dirçəliş məhz onun adı ilə əlaqədardır. Natiq bildirib ki, ulu öndər H.Əliyev Respublikamıza rəhbərlik etdiyi bu dövr ərzində daim ölkənin tərəqqisi üçün çalışıb, zəngin mədəniyyəti, böyük tarixi keçmişi ilə həmişə qürur duyduğu və gələcək nəsillərinin taleyi üçün düşündüyü doğma yurdu Azərbaycanı bir dövlət kimi zamanın ağır və sərt sınaqlarından çıxarıb.
BİTKolun direktoru Varis Allahverdiyev ulu öndər H.Əliyev kimi bir lideri olduğu üçün Azərbaycan xalqının daim fəxr etdiyini, qürur duyduğunu dilə gətirib. Bildirib ki, sovetlər ittifaqı dövründə, eləcə də XX əsrdə müstəqilliyimizi ikinci dəfə bərpa etdikdən sonra Azərbaycan çox çətin vəziyyətlərlə, sınaqlarla üz-üzə qalıb. Ümummilli lider H.Əliyev hər iki zaman kəsiyində öz xidmətləri ilə Azərbaycanı qarşılaşdığı çətinliklərdən, hətta müstəqilliyini yenidən itirmək təhlükəsindən, vətəndaş müharibəsindən xilas edib. V.Allahverdiyev 1992-1993-cü illərin hərc-mərcliyindən, vəzifə kürsüsü uğrunda aparılan savaşdan, Qarabağ cəbhəsində baş verən uğursuzluqlardan söhbət açaraq qeyd edib ki, bütün bunlara səbəb o dövrdə səriştəsiz adamların idarəçiliyə gətirilməsi olub. Məhz bu səbəbdən də Azərbaycan xalqı 1993-cü ilin iyununda mövcud hakimiyyətin dəyişilməsini təkidlə tələb edib və həmin vaxtdan taleyini yenə ulu öndər H.Əliyevə etibar edib. Xalqının təkidli dəvətini qəbul edən ümummilli lider H.Əliyev Azərbaycanda yenidən böyük siyasətə qayıdıb. Xalq ulu öndər H.Əliyevin bu qayıdışını ümid və sevinclə qarşılayıb, həmin günü Milli Qurtuluş günü kimi müstəqil Azərbaycanın tarixinə yazılıb. Kollecin direktoru ümummilli lider H.Əliyevin daxili və xarici siyasətindən, ölkənin bütün sahələrini əhatə edən islahatlarından, o cümlədən təhsil sahəsində atılan addımlardan da söhbət açıb. Bildirib ki, hazırda bu siyasi kurs ulu öndər H.Əliyevin layiqli davamçısı, Prezident İlham Əliyev tərəfindən qətiyyətlə davam etdirilir.
Kollecin birinci kurs tələbəsi Səma Adilzadə “Heydər Əliyev və gənclik” mövzusunda çıxış edib. O, ümummilli lider H.Əliyevin Azərbaycan gəncliyinə göstərdiyi diqqət və qayğıdan, gənclərə olan böyük ümidlərindən, tövsiyələrindən danışıb.
Kollecin müəlliməsi Kəmalə Əzizqızı (Hüseynova) vaxtilə Azərbaycan Dövlət Televiziyasında çalışarkən ümummilli lider H.Əliyevlə qarşılaşmasından, hazırladığı veriliş çərçivəsində dahi şəxsiyyətlə həmsöhbət olmasından, onunla bağlı xatirələrindən söhbət açıb.
Çıxışlardan sonra kollecin tələbələri Nərgiz Babayeva və Fərid Yasinlinin aparıcılığı ilə tədbirin bədii hissəsinə başlanılıb. Bədii hissədə “Azərbaycan”, “Ana” mahnıları, həmçinin kollecin müəllimləri Məhbubə Qurbanovanın ifasında “Alagöz”, Etibar Abdalovun sazda ifasında “Qəhrəmanlıq” mahnıları səsləndirilib. Kollecin tələbələri Səidə Qafarzadə Xalq şairi Zəlimxan Yaqubun “Böyük ömrün dastanı” poemasından bir hissəni, Aytac Məmiyeva akademik, millət vəkili Rafael Hüseynovun “Vəfa dərsi”, Ramilə Yusifli Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın “Elegiya”, Turan Əlizadə şair Qabil Ədalətin “Ulu bir sərkərdə, ulu bir öndər” şeirlərini bədii qiraət ediblər. Tələbələr “Odlar yurdu” rəqsini də ifa ediblər. Tədbirin sonunda müğənni Teymur Əziz “Xalq Heydər söyləyəcək” mahnısını ifa edib.

Fuad




 
Bölməyə aid digər xəbərlər
19.06.2019
Leyla Əliyeva paytaxtın 4 və 3 nömrəli internat məktəblərində olub
19.06.2019
Kişiləri məişət zorakılığından qoruyan proqram hazırlanır
19.06.2019
Məhkumlara tibbi xidmətdə müsbət təcrübəmiz dünyada örnəkdir
19.06.2019
İyulda hərbi xidmətə göndərilən çağırışçılar xidmət yerləri barədə SMS vasitəsilə məlumatlandırılacaqlar
19.06.2019
Yeni biznes portalı fəaliyyətə başlayıb

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10810

1 Minimum aylıq əməkhaqqı artırıldı- Prezident Sərəncam imzaladı
2 Müəllimlərin maaşı artdı - 20 faiz
3 “Balımı daha da artırıb Prezident təqaüdü almaq niyyətindəyəm”
4 Prezidentin Sərəncamı: 160 minə yaxın müəllimin orta aylıq maaşı 605 manat oldu
5 Bakı Atatürk Liseyində məzun günü münasibəti ilə tədbir keçirilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info