“İham Əliyev qonşularından fərqli olaraq, enerji ixracını siyasi oyunlara çevirmir”
Tarix: 11.05.2017 | Saat: 18:15:00 | E-mail | Çapa göndər


Bu gün ABŞ-ın Yaxın Şərq regionundakı ən etibarlı müttəfiqi – İran və Rusiya ilə sərhədi olan Azərbaycanın qarşısında müəyyən çağırışlar dayanıb.
Bunu ABŞ-ın “Caspian Group Holdings” şirkətinin baş direktoru Rob Sobhani “The Washington Times” qəzetindəki məqaləsində yazıb.
Müəllifin sözlərinə görə, ABŞ-ın bəxti gətirib ki, Prezident İlham Əliyev 9 milyon əhalisi olan bu müsəlman ölkəsinə rəhbərlik edir: "Çünki o, qonşularından fərqli olaraq, enerji ixracı məsələsini siyasi oyunlara çevirmir. Birləşmiş Ştatlar dini etiqad azadlığı barədə danışanda Azərbaycanı digər müsəlman ölkələrinə nümunə göstərə bilər".
Müəllif yazır ki, Azərbaycanın dini tolerant cəmiyyətinin nəticəsi həm də mədəniyyət turizmidir. Onun sözlərinə görə, turistlər Azərbaycanı təhlükəsiz, tolerant və daha ucuz bir istiqamət hesab edir.
R.Sobhani yazrı ki, 11 sentyabr hücumlarından dərhal sonra Azərbaycanın keçmiş prezidenti Heydər Əliyev ABŞ səfiri Ross Uilsonu qəbul edib və özlkəsinin tam dəstəyini təklif etmişdi: “Onun irsi – ABŞ və Azərbaycan arasında qlobal terrorçuluğa qarşı mübarizə sahəsində əməkdaşlıq onun oğlu İlham Əliyev tərəfindən davam etdirilir. Bu gün ABŞ-ın hərbi hava qüvvələri Azərbaycanın hava məkanından maneəsiz keçə bilir. Bu əməkdaşlığın diqqətəlayiq cəhəti odur ki, təcili tibbi yardıma ehtiyacı olan amerikalı hərbçilər ABŞ hərbi hospitalına getmək üçün Azərbaycan hava məkanından keçir”.
Məqalədə qeyd olunur ki, bu gün Azərbaycan Prezidenti Ermənistanla olan dondurulmuş münaqişəni sülh yolu ilə həll etmək niyyətindədir. Müəllif onu qeyd edir ki, o, öz xalqında ölkənin 20 faizini işğal edənlərə qarşı nifrət aşılamır.
R.Sobhani yazır ki, Prezident İlham Əliyevin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsini dinc yolla həll etmək səyləri Donald Tramp administrasiyası üçün Moskva ilə regionda sülh üzərində çalışmaq üçün yaxşı imkandır: “Prezident Tramp ABŞ-dan kilometrlərlə uzaqda tərifəlayiq müttəfiqinin olması faktını nəzərə almalı və qiymətləndirməlidir. Prezident Tramp Prezident İlham Əliyevi Ağ Evə dəvət etməklə öz minnətdarlığını bildirə bilər və ən vacib müttəfiqlərindən biri ilə münasibətlərdə yeni səhifə aça bilər”.
Tural




 
Bölməyə aid digər xəbərlər
22.02.2019
100 mühafizəkar Tereza Meyi Brexiti təxirə salmağa məcbur etmək istəyir
22.02.2019
Ukraynada modernləşdirilmiş raket sistemləri uğurla sınaqdan keçirilib
22.02.2019
Pompeo: “Huawei“dən istifadə edən heç bir ölkə ilə əməkdaşlıq etməyəcəyik“
22.02.2019
Hindistanda donuz qripi sürətlə yayılır
22.02.2019
ABŞ-da yeni qırıcı təyyarə təqdim edilib

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10614

1 Milli qəhrəmanlara və şəxsiyyətlərə hücum savaşın tərkib hissəsidir
2 Diaspor üzvləri Ümumavropa Qarabağ mitinqinə çağırış edib
3 Əsərləri dünyanın bütün elektron kitabxanalarında yer alan azərbaycanlı yazar
4 ABŞ-da atışma: xəsarət alanlar var
5 Londonda Karl Marksın məzarına növbəti dəfə vandal hücumu olub


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info