Gənc alimlərin potensialından daha çox istifadə edilməlidir
Tarix: 22.04.2013 | Saat: 22:35:00 | E-mail | Çapa göndər


Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) İnformasiya Texnologiyaları İnstitutunda tədqiqatçılar üçün “Beynəlxalq elmi jurnalların tələbləri” mövzusunda təlim seminarı keçirilib. Seminar “Springer” nəşriyyatı, Azərbaycan prezidenti yanında Elmin İnkişaf Fondu və AMEA İnformasiya Texnologiyaları İnstitutunun birgə təşkilatçılığı ilə baş tutub.
Tədbirdə çıxış edən AMEA İnformasiya Texnologiyaları İnstitutunun direktoru Rasim Əliquliyev bildirib ki, müasir dövrdə dünya elminə inteqrasiya digər tədbirlərlə yanaşı, elmi araşdırmaların dünya səviyyəsində aparılmasını, elmi əsərlərin istinad indeksli jurnallarda dərcini və bu sahədə beynəlxalq əlaqələrin davamlılığını tələb edir. Onun sözlərinə görə, “Azərbaycan Respublikasında 2009-2015-ci illərdə elmin inkişafı üzrə Milli Strategiya”nın da əsas hədəflərindən biri mühüm elmi-tədqiqat nəticələrinin əldə olunması və təbliğində böyük imkanlara malik olan beynəlxalq elmi bazaların imkanlarından geniş istifadədir: “Alimlərin mühüm kəşflərinin, elmi nəticələrinin təbliğində böyük əhəmiyyət kəsb edən elmi bazalarla əməkdaşlıq bu gün elmi-tədqiqat institutlarının qarşısında duran əsas vəzifələrdəndir. Son illər Azərbaycan alimlərinin beynəlxalq elm aləmində təmsil olunması üçün “Springer”, “Elsevier”, “İEEE”, “Tomson Reuters” kimi nüfuzlu təşkilatlarla əməkdaşlıq əlaqələri qurulur. Lakin bununla kifayətlənmək lazım deyil və bu əlaqələr daha da inkişaf etdirilməlidir”. Prezident yanında Elmin İnkişafı Fondunun icraçı direktoru Elçin Babayev qeyd edib ki, alimlərin beynəlxalq əməkdaşlığı olmadan Azərbaycan elminin dünyada tanınmasından söhbət gedə bilməz. Onun sözlərinə görə, bu gün Azərbaycanda kifayət qədər gənc alim var və onlar yaşlı alimlərdən bir sıra xüsusiyyətlərinə görə nisbətən fərqlənirlər: “Biz də alimlərin beynəlxalq aləmdə təmsil olunması üçün heç bir fərq qoymadan dəstək göstərməyə hazırıq. Lakin gənc alimlərə ikiqat kömək göstərilir. Çünki bu gün beynəlxalq əlaqələri inkişaf etdirmək üçün gənclərin potensialından daha çox istifadə edilməlidir”. “Springer” nəşriyyatının Türkiyə, Qafqaz və Mərkəzi Asiya ölkələri üzrə direktoru Sıtkı Aktaş, Orta Şərq ölkələri üzrə redaktoru Kris Bendal və digər qonaqlar çıxış edərək Azərbaycanın elmi müəssisələrinin “Springer” xidmətlərindən səmərəli istifadəsinin təmini, beynəlxalq elmi jurnallarda dərc olunacaq məqalələrə qoyulan tələblər və digər məsələlər barədə məlumat veriblər. Bundan əlavə, yüksək keyfiyyətli məqalələrin hazırlanması, alimlərin tədqiqatlarının, innovativ nəticələrinin təbliği kimi mükəmməl imkanlar barədə qarşılıqlı fikir mübadiləsi aparılıb.




 
Bölməyə aid digər xəbərlər
19.09.2018
Gəncənin Qazaxlar və Balabağman məscidləri təmir edilib
19.09.2018
Gəncədə iki yerdə qanvermə aksiyası keçiriləcək
19.09.2018
ADPU-da professor Faruk Faik Köprülünün məruzəsi dinlənilib
19.09.2018
Dövlət Əmək Müfəttişliyi Xidməti Lənkəran və Masallı rayonlarında seminar keçirib
19.09.2018
Əcnəbilərin Azərbaycana marağını necə artırmaq olar

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10122

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
4 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
5 Aqil Acalov: “İdmançılar qanvermə aksiyalarında aktiv iştirak edəcəklər”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info