Ermənilərin köçməsi sərnişindaşımada azalmaya səbəb olub
Tarix: 11.05.2017 | Saat: 19:05:00 | E-mail | Çapa göndər


Erməni saytları ölkədə sərnişindaşımalarının həcminin azalması barədə yazırlar. Onlar bunu haqlı olaraq ölkədə demoqrafik vəziyyətlə əlaqələndirirlər. Əslində, reallıq göz önündədir. Əgər ölkə əhalisi azalmağa doğru gedirsə, təbii ki, nəqliyyat xidməti də istifadəsiz qalacaq.
Ermənistan Milli Statistika Xidmətinin verdiyi rəsmi məlumata görə, bu ilin birinci rübündə ötən ilin eyni dövrü ilə müqayisədə ölkə nəqliyatından yararlananların sayı 6.1 faiz azalıb. Ölkədəki azalmaların 5,7 faizi qatardan, 6,6 faizi isə avtomobil xidmətindən istifadə edən sərnişinlərin payına düşür. Ermənistanda sərnişindaşımalarının azalmasının başlıca səbəbi, ölkə əhalisində baş verən və bu gün də davam edən azalmadır. Düşmən ölkədən verilən rəsmi məlumata görə, hər il bu ölkəni 40-50 min arası insan tərk edir. Təbii ki, bu da ölkədəki sərnişindaşımalarına təsir göstərməlidir. Bunları etiraf etmək məcburiyyətində qalan «Tert.am» saytı ölkəni tərk edənlərin sonrakı aqibəti ilə də bağlı, o qədər də ürəkaçan olmayan məlumat verir.
Məlumdur ki, Ermənistanı tərk edənlərin əksəriyyəti ölkədəki yaşayış səviyyəsinin aşağı olmasına, öz ailələrini gündəlik tələbat malları ilə təmin edə bilmədiklərinə görə, böyük ümidlə xaricə üz tuturlar. Lakin Ermənistanın «News.am» saytının da yazdığı kimi, onları getdikləri ölkədə də, xoş güzaran gözləmir. Məlumdur ki, Ermənistanı tərk etmək məcburiyyətində qalanların əksəriyyfəti aşağı zümrənin nümayəndələridir. Onların ümdə arzusu Ermənistanda qalan doğmalarını xaricdə qazandıqları vəsaitlə təmin etməyə hesablanıb. Lakin çox vaxt bu da özünü doğrultmur. «News.am» saytı yazır: «Əvvəl görüntülər ruhlandırıcı xarakter daşıyırdı. Lakin fevral ayından vəziyyət kəskin şəkildə dəyişməyə doğru getməyə başladı. Mart ayında isə pisləşmə özünü açıq şəkildə büruzə verdi». Daha çox Rusiyadan göndərilən pul köçürmələrində də, son dövrlər, xüsusən mart ayında xeyli azalma müşahidə edilib.
Məlum olduğu kimi, Rusiyada dolların məzənnəsi müəyyən dərəcədə dünya neft qiymətləri ilə bağlıdır. Məhz neft qiymətlərinin artması Rusiya rublunun güclənməsinə təsir göstərmişdi. Bu gün neft bazarında baş verən qiymət dəyişikliyi Rusiyada işləyib Ermənistana pul göndərmək niyyətində olan kasıb erməni ailə başçısının qazancından da yan keçməyib. Təbii ki, bu da onun Ermənistanda qoyub gəldiyi ailəsinə göndərdiyi pul vəsaitində özünü göstərməlidir.
Ağasəf Babayev




 
Bölməyə aid digər xəbərlər
21.09.2018
“Jamanak“: «KTMT İrəvanın bu təşkilatdan ümid gözləməməsini bəyan edir»
20.09.2018
Moldovada Dnestryanı bölgə ilə bağlı referendum keçiriləcək
20.09.2018
Sevak Akobyan: ”Hakimiyyət KİV-ə təzyiqi artıracaq”
20.09.2018
Tevos Arşakyan: ”Paşinyan boş-boş danışmaqla məşğuldur”
19.09.2018
İnternetdə şərh yazmaq üçün qeydiyyatdan keçmək lazımdır

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10128

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 “Mübariz İbrahimov təkbaşına bir çox işğalçını məhv edərək şəhidlik zirvəsinə ucalıb”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info