Əbdüləziz bin Osman əl-Tüveycri: “Bakı Ali Neft Məktəbi regionun ən nüfuzlu universitetidir”
Tarix: 11.05.2017 | Saat: 19:17:00 | E-mail | Çapa göndər


İslam Ölkələri Təhsil, Elm və Mədəniyyət Təşkilatının (ISESCO) baş direktoru və İslam Dünyası Universitetləri Federasiyasının (FUIW) baş katibi Əbdüləziz bin Osman əl-Tüveycri Bakı Ali Neft Məktəbinin (BANM) yeni açılmış kampusunun qonağı olduğu zaman səfərlə bağlı öz fikirlərini və təəssüratlarını bölüşüb: “Prezident İlham Əliyevin iştirakı ilə kampusun açılışından sonra BANM-in ilk qonağı olmaq mənim üçün böyük şərəfdir. Dövlət başçısı ilə görüş zamanı mən onu dünya standartlarına cavab verən müasir təhsil müəssisəsinin açılışı münasibətilə təbrik etdim. Bu gün mən BANM-in kollektivini belə gözəl kampusa malik olmağı münasibətilə təbrik edirəm. Əminəm ki, yeni açılan tələbə şəhərciyi BANM-ə dünyanın hər yerindən tələbələr, müəllimlər və elm adamlarını dəvət etməyə imkan verəcək. Hazırda Bakı dünya ictimaiyyətinin diqqət mərkəzindədir, Azərbaycan isə bütün dünya üçün uğur modeli nümunəsinə çevrilmədədir. Şahidi olduğum bu böyük dəyişikliklər, heyrətamiz nailiyyətlər və son on ildəki inkişaf tempini analoqu olmayan və unikal adlandırmaq olar. Azərbaycanın qısa müddət ərzində qazandığı nailiyyətlər bir möcüzədir və BANM-in əməkdaşları və tələbələri bunlarla həqiqətən fəxr edə bilərlər. Bu gün Bakı Ali Neft Məktəbi regionun ən nüfuzlu universitetidir.
Sizlərə - professorlara, tələbələrə və bütün kollektivinizə yeni-yeni uğurlar arzulayır və inandırmaq istəyirəm ki, ISESCO və İslam Dünyası Universitetləri Federasiyası gələcəkdə də BANM-lə sıx əməkdaşlığı inkişaf etdirəcək. Əminliklə deyə bilərəm ki, BANM yalnız təhsil müəssisəsi olmayacaq, hətta, yaxın gələcəkdə beynəlxalq bilik və təcrübə mübadiləsi üçün forum, geniş masştablı elmi tədqiqatlar üçün mərkəz olmaq imkanlarını reallaşdıracaq. Qeyd edək ki, biz İslam Dünyası Universitetləri Federasiyasının neft sektoruna həsr olunmuş növbəti beynəlxalq konfransını ali məktəbin yeni kampusunda keçirəcəyimizə dair rektor Elmar Qasımovla razılığa gəldik”.

Nigar




 
Bölməyə aid digər xəbərlər
19.09.2018
Gəncənin Qazaxlar və Balabağman məscidləri təmir edilib
19.09.2018
Gəncədə iki yerdə qanvermə aksiyası keçiriləcək
19.09.2018
ADPU-da professor Faruk Faik Köprülünün məruzəsi dinlənilib
19.09.2018
Dövlət Əmək Müfəttişliyi Xidməti Lənkəran və Masallı rayonlarında seminar keçirib
19.09.2018
Əcnəbilərin Azərbaycana marağını necə artırmaq olar

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10123

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 Aqil Acalov: “İdmançılar qanvermə aksiyalarında aktiv iştirak edəcəklər”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info