Cəzaçəkmədən azad edilmiş 1 143 nəfər şəxsə birdəfəlik müavinət ödənilib
Tarix: 11.05.2017 | Saat: 19:34:00 | E-mail | Çapa göndər


Bu il penitensiar müəssisələrdə cəza müddəti başa çatmaqda olan 112 nəfər şəxs üçün peşə hazırlığı kursları təşkil edilib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi cari ilin birinci rübündə penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilən, tibbi və sosial yardıma ehtiyacı olan 1 143 nəfər şəxsi birdəfəlik müavinətlə təmin edib.
Müvafiq qanunvericiliyə uyğun olaraq həmin şəxslərin hər birinə minimum əmək haqqının 4 misli qədər birdəfəlik müavinət ödənilib. Azərbaycan Respublikası Prezidentinin 21 yanvar 2017-ci il tarixli Sərəncamı ilə ölkəmizdə minimum aylıq əməkhaqqının məbləğinin 2017-ci il yanvarın 1-dən 116 manata çatdırılması ilə əlaqədar həmin birdəfəlik müavinətin məbləği də cari ilin əvvəlindən 10,47 faiz artırılaraq 464 manata çatdırılıb.
Penitensiar müəssisələrdə cəza müddəti başa çatmaq ərəfəsində olan şəxslərin bu müəssisələri tərk etdikdən sonra məşğulluq imkanlarına malik olmaları üçün onların əmək bazarının tələblərinə uyğun peşələr üzrə peşə hazırlığına cəlb olunması işləri də davam etdirilir. Cari ilin ötən dövründə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidmətinin xətti ilə ayrı-ayrı penitensiar müəssisələrdə cəza müddəti başa çatmaqda olan 112 nəfər şəxs üçün həmin müəssisələrin nəzdindəki peşə məktəblərinin bazasında peşə hazırlığı kursları təşkil edilib. Elektrik qaz qaynaqçısı, avtomobillərin təmiri üzrə çilingər, komputer texnikasının təmiri və s. peşələr üzrə təşkil edilən kursları bitirənlərə sertifikatlar verilib.
Sosial müdafiəyə xüsusi ehtiyacı olan və işə düzəlməkdə çətinlik çəkən vətəndaşların kateqoriyalarına penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş şəxslər də aiddirlər. Bununla əlaqədar qeyd olunan şəxslərin də müəssisələrdə kvota üzrə ayrılmış iş yerlərində məşğulluğunun təmin olunması üçün məşğulluq orqanları tərəfindən müvafiq işlər görülür.
Tural




 
Bölməyə aid digər xəbərlər
13.11.2018
Özünüməşğulluq proqramı çərçivəsində 50-dən çox ailəyə mal-materiallar təqdim olunub
13.11.2018
“DOST” mərkəzlərinin yaradılması üçün əlavə vəsait ayrılıb
13.11.2018
13 noyabr - Beynəlxalq Gözdən Əlilliyi olan şəxslər Günüdür
13.11.2018
Bütün pensiyalar artırılacaq
12.11.2018
Daha 4 vərəsəyə sığorta ödənişi aldıqlarına dair sənədlər təqdim edilib

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10459

1 İncəsənət dünyaya sülh gətirir
2 İsveçdə Skandinaviya Azərbaycanlılarının Koordinasiya Şurası yaradılıb
3 “Universitet müəllimi 30-40 il əvvəl qazandığı bilik və metodlarla auditoriyaya girməməlidir”
4 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
5 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info