İstiqlal Muzeyində “Sülh oyunları” adlı tədbir-sərgi keçirilib
Tarix: 11.05.2017 | Saat: 20:10:00 | E-mail | Çapa göndər


Bu gün Azərbaycan İstiqlal Muzeyinin ekspozisiyasında IV İslam Həmrəyliyi Oyunlarına həsr olunmuş “Sülh oyunları” adlı tədbir-sərgi keçirilib.
2013-cü il 24 iyul tarixində İslam Həmrəyliyi İdman Federasiyasının 8-ci Baş Assambleyasında IV İslam Həmrəyliyi Oyunlarının Bakıda keçirilməsi barədə qərar qəbul edilib. Beləliklə, cari ilin 12-22 may tarixlərində Bakı şəhəri IV İslam Həmrəyliyi Oyunlarına ev sahibliyi edəcək. Həmin oyunlarda 20 idman növü üzrə 57 dövlətin 6000 yaxın idmançısının mübarizə aparacağı nəzərdə tutulub.
Muzeydə təşkil olunmuş sərgidə gənc rəssamların əl işləri nümayiş olundu.
Tədbirdə Azərbaycan İstiqlal Muzeyinin direktoru Fəridə Şəmsi, Azərbaycan Rəssamlar İttifaqının katibi, xalq rəssamı, professor Ağaəli İbrahimov, Heydər Əliyev adına Düşüncə Mərkəzinin rəhbəri Fesih Alioğlu, rəssam Elnurə İsgəndərova çıxış etdilər, Təhsil Nazirliyi Təhsil Alan Gənclərin Respublika Bədii Yaradıcılıq Evinin nümayəndələri tərəfindən musiqili kompozisiya nümayiş olundu, sərginin iştirakçıları təşəkkürnamələr ilə təltif olundular.
Tədbirdə gənc rəssamlar, Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının, Azərbaycan Turizm və Menecment Universitetinin, Azərbaycan Dövlət Pedaqoji Universitetinin tələbələri, Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin əməkdaşları, Milli Qvardiyanın əsgərləri və digər qonaqlar iştirak etdilər.

Mahmud




 
Bölməyə aid digər xəbərlər
25.05.2019
“Qafqazda Azərbaycan və erməni məsələsi“ kitabının müzakirəsi keçirilib
24.05.2019
Azərbaycan “Ordu-2019” Forumunda öz ekspozisiyasını təqdim edəcək
24.05.2019
Qars şəhərində Azərbaycan-Türkiyə qardaşlıq yürüşü keçirilib
24.05.2019
“Siyasi repressiya qurbanları mu­zeyi“nin açılışı olub
24.05.2019
“I2B – İdeyadan Biznesə” layihəsi çərçivəsində Şəkidə startap turu keçirilib

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10787

1 Üç müharibə iştirakçısı olan general-mayor
2 Oqtay Zülfüqarovun uşaq mahnıları müasir aranjemanda səslənəcək
3 “İrəvan quberniyasına aid arxiv materiallarını oxuduqca hiss edirsən ki, buralar döğma torpaqlardır”
4 …Hər sözdə vətən axtaran soydaşımız
5 Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyevdən


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info