Cəfər Cəfərov:“Qarşıda yeni hədəflər dayanır“
Tarix: 11.05.2017 | Saat: 20:33:00 | E-mail | Çapa göndər


Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Tələbə Gənclət Təşkilatının (TGT) VII hesabat konfransı keçirilib. Konfransda ADPU-nun rəhbərliyi, Gənclər və idman nazirinin müavini İntiqam Babayev, Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının sədri (ATGTİ) Milli Məclisin deputatı Şahin İsmayılov, Gənclər və İdman Nazirliyinin şöbə müdiri Elşən Hüseynov, filial direktorları iştirak ediblər. Konfransda ADPU-nu və onun filiallarını, ADPU-nun nəzdində Azərbaycan Dövlət Pedaqoji Kollecini (ADPK) təmsil edən 234 nəfər tələbə iştirak edib. Konfransda əvvəlcə Azərbaycanın Dövlət Himni səsləndirilib, sonra TGT-nin fəaliyyətini əks etdirən videoçarx nümayiş etdirilib.
Konfransı giriş sözü ilə açan aparıcı Aytac Fərzəliyeva hesabat məruzəsi ilə çıxış etmək üçün sözü TGT-nin sədri Cavid Hüseynova verib. C.Hüseynov təşkilatın 2015-2017-ci illər üzrə fəaliyyəti haqqında hesabat məruzəsi ilə çıxış edib. O, hesabat məruzəsində TGT-nin gördüyü işlər, həyata keçirdiyi çoxsaylı layihələr, ictimai-mədəni tədbirlər, humanitar aksiyalar, qazandığı uğurlar barədə ətraflı məlumat verib. Məruzəçinin çıxışında tələbə-gənclərin intellekt səviyyəsinin yüksəldilməsi, dünyagörüşlərinin genişləndirilməsi, onların vətənpərvər, adət-ənənələrimizə, milli-mənəvi dəyərlərimizə, dövlət və dövlətçiliyə sədaqət ruhunda tərbiyə olunmaları, həmçinin asudə vaxtlarının səmərəli təşkili üçün həyata keçirilən tədbirlər konkret faktlar və rəqəmlər əsasında öz əksini tapıb. C.Hüseynov təşkilata göstərdiyi xüsusi diqqət və qayğıya görə ADPU-nun rəhbərliyinə təşəkkür edib.
Gənclər və idman nazirinin müavini İntiqam Babayev çıxış edərək bildirib ki, ölkəmizdə həyata keçirilən dövlət gənclər siyasətinin əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulub. Bu siyasətin məqsədi gənclərin yüksək səviyyədə təhsil almalarını təmin etmək, onların sosial fəallığını artırmaq və əsl vətəndaş kimi yetişdirməkdir. Prezident İlham Əliyevin bu siyasəti uğurla davam etdirməsi gənclərin qarşısına yeni vəzifələr qoyur. Gənclər qazanılan uğurları daha da genişləndirməli, ölkəmizin inkişafına və dövlətimizin gücləndirilməsinə öz töhfələrini verməlidirlər. ADPU-nun TGT-si fəallığı ilə seçilir və öz üzərinə düşən vəzifələrin öhdəsindən layiqincə gəlir. İntiqam Babayev çıxışının sonunda TGT-yə uğurlar arzulayıb.
Konfransda çıxış edən ADPU-nun rektoru, professor Cəfər Cəfərov bildirib ki, bu gün universitetin həyatında əlamətdar bir gündür. Bugünkü konfransda TGT öz fəaliyyəti haqqında hesabat verməklə yanaşı, qarşıda duran vəzifələri də müəyyən edir. Azərbaycan öz dövlət müstəqilliyinin 26-cı ilini yaşayır. Müasir dünyamızda beynəlxalq siyasi vəziyyət çox çətin və mürəkkəbdir. Çağdaş dünyamızın tələblərinə uyğun olaraq Azərbaycan yeni inkişaf mərhələsinə qədəm qoyub. Qarşımızda yeni tələblər, hədəflər dayanır. ADPU böyük tarixə və şanlı ənənələrə malik olan bir ali təhsil müəssisəsidir. Pedaqoji Universitet olaraq bizim üzərimizə böyük vəzifələr düşür. Biz daim bilik və bacarıqlarımızı artırmalı, inkişaf etdirməli, öz fəaliyyətimizi müasir tələblərə uyğun qurmalıyıq. Rektor TGT-yə gələcək fəaliyyətində uğurlar arzulayıb.
ATGTİ-nin sədri, millət vəkili Şahin İsmayılov çıxış edərək TGT-nin ölkəmizin ictimai-mədəni həyatında fəal iştirak etdiyini, özünəməxsuz iş üslubu, kreativ düşüncə tərzi ilə fərqləndiyini bildirib və təşkilata uğurlar arzulayıb.
Konfransda təhsildə fərqlənən və universitetin ictimai həyatında fəal iştirak edən tələbələr təşəkkürnamə, fəxri fərman və diplomlarla təltif ediliblər. Eyni zamanda TGT-nin fəaliyyətinə dəstək verən fakültə dekanları, dekan müavinləri və tyutorlar təşəkkürnamə ilə təltif ediliblər.
ADPU rektorunun müşaviri, professor Vilayət Əliyev, Tərbiyə işləri üzrə prorektor, professor Fikrət Rzayev, Ümumi işlər üzrə prorektor Əbdül Xalıqov, Tarix və coğrafiya fakültəsinin dekanı, dosent Şahin Pənahov, Kimya və biologiya fakültəsinin dekanı, dosent Elnarə Mehbalıyeva, Fizika və texnologiya fakültəsinin dekanı, fizika üzrə fəlsəfə doktoru Arzu Daşdəmirov, Gənclər və İdman Nazirliyinin şöbə müdiri Elşən Hüseynov, ADPU-nun Ağcabədi Filialının direktoru, dosent Mətanət Fərzəliyeva, Şamaxı Filialının direktoru, filologiya üzrə fəlsəfə doktoru Tünzalə Yusifova çıxış edərək TGT-yə uğurlar arzulayıblar.
Konfransda TGT-nin sədri, sədr müavinləri, departament, klub və tədris korpuslarının rəhbərləri seçilib. Cavid Hüseynov yenidən TGT-nin sədri seçilib.

Nigar




 
Bölməyə aid digər xəbərlər
14.11.2018
“Bakcell”in baş icraçı direktoru Londonda rəqəmsal transformasiya haqqında danışıb
14.11.2018
“Dini maarifləndirmə işinin təşkili: gerçəkliklər və perspektivlər”
14.11.2018
Slovakiyalı qonaqlar Qobustan qoruğundan xoş təəssüratla ayrılıblar
14.11.2018
Monitorinq Mərkəzi ədəbi dildə norma pozuntularının aradan qaldırılması yollarını müəyyənləşdirəcək
14.11.2018
2018-ci ilin oktyabr ayı ərzində Dövlət Miqrasiya Xidmətinə 47 min 985 müraciət qeydə alınıb

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10470

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
3 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər
4 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
5 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info