Azərbaycanın sədrliyi ilə DTT-nin 105-ci sessiyası keçirilir
Tarix: 11.05.2017 | Saat: 20:34:00 | E-mail | Çapa göndər


Mayın 11-də İspaniyanın paytaxtı Madriddə BMT-nin Dünya Turizm Təşkilatının (DTT) 105-ci sessiyası öz işinə başlayıb. Sessiya Azərbaycan Respublikasının mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin sədrliyi ilə keçirilir.
Tədbirdə DTT-nin baş katibi Taleb Rifai, icraçı direktoru Zoltan Şomoqi, Turizm Etikası üzrə Dünya Komitəsinin sədri Paskal Lami, Dünya Səyahət və Turizm Şurasının prezidenti Devid Skousill və aidiyyəti beynəlxalq təşkilatların rəhbərləri, üzv dövlətlərin 20-dək aidiyyəti sahələr üzrə nazirləri, eləcə də İcraiyyə Şurasının üzv ölkələrinin nümayəndələri, assosiativ üzvləri və müşahidəçilər də daxil olmaqla 340-a yaxın qonaq iştirak edir.
Sessiyada ölkəmizi Azərbaycan Respublikasının İspaniya Krallığındakı səfiri Anar Məhərrəmov, eləcə də Mədəniyyət və Turizm Nazirliyinin nümayəndələri təmsil edirlər.
İcraiyyə Şurasının 105-ci sessiyasının açılış mərasimində şuranın sədri nazir Əbülfəs Qarayev və DTT-nin baş katibi Taleb Rifai çıxış ediblər. Sessiyada qurumun Proqram və Büdcə Komitəsinin hesabatının dinlənilməsi, İcraiyyə Şurasına yeni üzvlərin qəbul edilməsi, 2018-2021-ci illər üçün DTT-nin baş katibliyinə namizədliyin qiymətləndirilməsi kimi mühüm məsələlərin müzakirəsi nəzərdə tutulur.
Xatırladırıq ki, 2013-cü ildə DTT-nin Baş Assambleyasının 20-ci sessiyasında Azərbaycan qurumun İcraiyyə Şurasına üzv qəbul olunub və bununla əlaqədar Şuranın iclaslarında və məsələlərin müzakirəsində səsvermə hüququ qazanıb. 2016-cı ildə isə Azərbaycan DTT-nin İcraiyyə Şurasının Misirin Luksor şəhərində keçirilmiş 104-cü sessiyası zamanı yekdilliklə Şuranın sədri seçilib.
Tədbir öz işini mayın 12-də başa vuracaq.
Mahmud




 
Bölməyə aid digər xəbərlər
26.05.2019
Azərbaycan Amerikan Tibb Assosiasiyası Vaşinqtonda konfrans keçirib
26.05.2019
Erməni işğalı Şuşada xalçaçılıq ənənələrini məhv edib
25.05.2019
İspaniyanın Sevilya şəhərində ilk dəfə məscid inşa olunacaq
25.05.2019
Avropa Liqasının final oyunu ilə bağlı azarkeşlər üçün nəqliyyat pulsuz olacaq
25.05.2019
Region gənclərinin dövlət qulluğuna maraq və imkanları artırılacaq

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10788

1 Üç müharibə iştirakçısı olan general-mayor
2 Oqtay Zülfüqarovun uşaq mahnıları müasir aranjemanda səslənəcək
3 “İrəvan quberniyasına aid arxiv materiallarını oxuduqca hiss edirsən ki, buralar döğma torpaqlardır”
4 Erməni əsilli gimnast: Mxitaryanın yerində olsaydım, komandamla birgə Bakıya gələrdim
5 Vahid Rzayev:”Səhər gördük ki, ermənilər arxiv sənədində özlərinə sərf etməyən hissəni qayçı ilə kəsiblər”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info