İslam Həmrəyliyi İlinə töhfə
Tarix: 11.05.2017 | Saat: 20:54:00 | E-mail | Çapa göndər


Bakı Slavyan Universitetinin Elmi Şurasının qərarı ilə Şərqin görkəmli söz ustadı Hafiz Şirazinin qəzəlləri Azərbaycan dilində nəşr olunmuşdur. Türkə və türklüyə xüsusi məhəbbəti ilə seçilən ölməz sənətkarın qəzəlləri ilk dəfə küll halında Azərbaycan oxucusuna təqdim olunur. Qeyd edək ki, Hafiz Şirazinin əsərləri hələ orta çağda dünyaya ya¬yıl¬mış, əlyazma nüsxələri dünyanın ən mötəbər kitabxanalarında qiymətli sənət nümunələri kimi qorunmuşdur. Azərbaycanda da bütün zamanlarda bu böyük sənətkara xüsusi mə¬həbbət və rəğbətlə yanaşılmış, onun irsi öyrənilmiş, şeirlərinə nə¬zi¬rələr yazılmışdır. Yeri gəlmişkən qeyd edək ki, şairin əsər¬lərini ilk dəfə toplayıb divan şəklinə salan da orta çağ Azər¬bay¬can şairi Şah Qasım Ənvər (1494-cü ildə vəfat etmişdir) olmuşdur.
XX əsrdə Mirzə Ələkbər Sabir, Məhəmməd Hadi kimi nəhəng söz ustalarımız onun yaradıcılığından bəzi poetik nümunələri di¬li¬mi¬zə çevirmişlər. Ancaq Hafiz Şirazi Azərbaycanda nə qədər se¬vil¬sə də, onun əsərləri küll halında indiyədək dilimizə çevrilməmişdir. Fik¬rimizcə, bunun əsas səbəbi Hafiz şeirinin poetik ruhunun, bədii siq¬lətinin tərcümədə saxlanmasının mütərcimlər üçün çətin olmasıdır. Şai¬rin əsərlərinin tərcüməsi ilə ilk dəfə nisbətən əhatəli şəkildə tanınmış şər¬q¬şü¬nas alim Əbülfəzl Hüseyni məşğul olub. O, şairin 117 qə¬zə¬lini, bəzi saqinamələrini, qitələrini, rübailərini, bir məsnəvisini və bir çox şahbeytlərini dilimizə çevirmişdir.
Ancaq onu qeyd etməliyik ki, Hafiz ilk növbədə qəzəl şairidir. Bu qəzəllər onu dünyada tanıdıb, ona “lisan ül-qeyb” təxəllüsü qa¬zan¬dırıb. Onların sayını dəqiqləşdirmək mümkün olmasa da, Seyid Əb¬dürrəhman Xəlxalinin hazırladığı “Divane-Xacə Hafiz Şirazi” (Teh¬ran 1928) adlı tənqidi mətndə onların sayı 496, Hüseyn Pəj¬ma¬nın “Divane-Xacə Şəmsəddin Məhəmməd Hafez Şirazi” (Tehran 1939) kitabında isə 581 göstərilmişdir. Bəziləri bu rəqəmi hətta minə çatdırırlar.
Fikrimizcə, bu kitab Azərbaycan Respublikasında Hafiz yaradıcılığı ilə bağ¬lı boşluğu müəyyən qədər dolduracaq. Kitabı AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitunun böyük elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru İbrahim Quliyev çapa hazırlamışdır. Nəşrin üstünlüyü ondan ibarətdir ki, burada hər bir qəzəlin sonunda farsca-ərəbcə sözlərin lüğəti verilmiş, geniş şərh yazılmışdır. Bakı Slavyan Universitetinin rektoru, professor Nurlana Əliyeva kitaba rəy vermişdir. Kitabın elmi redaktoru, fil.ü.e.d., professor Rafiq Novruzovdur.
Kitab Azərbaycan Respublikası Prezidentinin 10 yanvar 2017-ci il tarixli sərancamı ilə elan olunmuş İslam Həmrəyliyi ilinə töhfə olaraq nəşr edilmişdir.




 
Bölməyə aid digər xəbərlər
20.09.2018
Bosniya və Herseqovina Nümayəndələr Palatasının sədrinin Azərbaycana səfəri başlayıb
20.09.2018
Pakistan Senatının sədri Azərbaycana səfərə gəlib
19.09.2018
Liberman Azərbaycanın İsrail üçün strateji əhəmiyyətini və geosiyasi zəruriliyini etiraf edib
19.09.2018
Çin xarici işlər naziri: “Azərbaycan dünyada ciddi nüfuzu ilə seçilən dövlətə çevrilib”
19.09.2018
Omanın Dövlət Şurası sədrinin Azərbaycana səfəri başlayıb

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10123

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 Aqil Acalov: “İdmançılar qanvermə aksiyalarında aktiv iştirak edəcəklər”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info