Ən gənc professor sədr seçildi
Tarix: 11.05.2017 | Saat: 21:48:00 | E-mail | Çapa göndər


Bu gün Nərimanov rayon YAP Gənclər Birliyinin sədri, Azərbaycan Bədən Tərbiyəsi və İdman Akademiyasının müşaviri, Boks Federasiyasının İcraiyyə Komitəsinin üzvü, Fəlsəfə doktoru, Professor Yusif Babanlı ADBTİA-nın Həmkarlar İttifaqı Komitəsinin sədri seçilmişdir. Daim UĞURLAR .. Babanlı Yusif Məmməd oğlu Babanlı Yusif Məmməd oğlu 1984-cü ilin aprel ayının 9-da Naxçıvan MR-nın Ordubad rayonunda anadan olub. 1990-2001-ci illərdə orta təhsil alıb. 2001-2005-ci illərdə Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının bakalavr, 2005-2008-ci illərdə isə magistr pilləsini fərqlənmə diplomu ilə bitirib. 2009-2012-ci illərdə Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasını bitirib. 2001-ci ildən Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının Tələbə Həmkarlar Təşkilatının sədri olub. 2001-2008-ci illərdə Azərbaycan Respublikasının idman ustası adını alıb. 2005-2008-ci illərdə Akademiyanın Tələbə Gənclər Təşkilatının sədri olub. 2009-2011-ci illərdə AzDBTİA-da baş müəllim vəzifəsində işləyib, hal-hazırda kafedranın professorudur. 2009-cu ildən Azərbaycan Boks Federasiyasının İcariyyə Komitəsinin üzvü, Təşkilat komitəsinin sədridir. 2010-cu ildən AzDBTİA-da prorektor vəzivəsində işləyir. 2010-cu ildə Azərbaycan Respublikasının Fəxri Bədən tərbiyəsi və idman işçisi adını alıb. 2011-2015-ci illərdə Azərbaycan Respublikası Təhsil Problemləri İnstitutunda doktorantura pilləsində təhsil alıb. Pedaqogika üzrə fəlsəfə doktorudur. 2012-ci ilin oktyabr ayından Azərbaycan Mədəniyyət İşçilərin Müstəqil Həmkarlar İttifaqının Respublika Komitəsinin rəyasət heyətinin üzvüdür. Azərbaycan Həmkarlar İttifaqında xidmətlərinə görə AHİK-nın medalı ilə təltif olunmuşdur, həmçinin dövlət qurumları tərəfindən fəxri fərman və diplomlarla təltif olunmuşdur. 2012-ci ildə "Respublika dərəcəli hakim" adını alıb. 60 elmi məqalə, 6 dərslik və 5 metodik vəsaitin müəllifidir, professordur. Ailəlidir.

Fuad




 
Bölməyə aid digər xəbərlər
20.11.2018
“Cümhuriyyət 100 il” adlı rəsm müsabiqəsinə yekun vurulub
20.11.2018
İnzibati məsuliyyətə cəlb edilən piyadaların sayı 100 mini ötüb
20.11.2018
AMEA-da Cümhuriyyət tarixinə dair dəyərli elmi-tədqiqat işləri aparılır
20.11.2018
Qloballaşma şəraitində milli dəyərlərimizin konfiqurasiyasının dəyişdirilmə təhlükəsi
20.11.2018
Aysel Fərziyeva yeni vəzifəyə gətirilib

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10508

1 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
2 “Tələbə Baharı-2018”-in mükafatçısı: “Hər gün xalq mahnılarımızı dinləyirəm”
3 Şervin Nəcəfpur: “Norveçdə doğulub boya-başa çatsam da, Vətən uzaqda deyil”
4 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb
5 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info