Kolumbiya Konqresi üsyançılarla sülh sazişini ratifikasiya edib
Tarix: 11.05.2017 | Saat: 23:56:00 | E-mail | Çapa göndər


Kolumbiya Konqresinin deputatları ölkə hökuməti və “Kolumbiya inqilabi silahlı qüvvələri” (FARC) qruplaşmasının üsyançıları ilə sülh sazişini ratifikasiya edib. “İnterfax” agentliyi xəbər verir ki, Konqresdə keçirilən səsvermədə saziş lehinə 52, əleyhinə isə 2 səs olmaqla qəbul edilib. Sənəd FARC-ın “siyasi reinteqrasiyasını”, həmçinin Kolumbiya Senatında və Nümayəndələr Palatasında azı 5 yerlə təmsil olunmasını nəzərdə tutur. Bunun üçün onlar gələn il keçiriləcək parlament seçkilərində iştirak etməlidirlər. Sülh sazişinin əsas bəndlərindən biri də qruplaşmanın partiya kimi ölkənin siyasi həyatına cəlb olunmasıdır. Kolumbiya hökuməti ilə üsyançılar arasında münaqişə Qərb yarımkürəsində ən üzün sürən silahlı qarşıdurma kimi tarixə düşüb. Yarım əsrdən çox davam edən vətəndaş müharibəsi tərəflərin keçən ilin noyabrında imzaladıqları sülh sazişinə əsasən başa çatmaq üzrədir.




 
Bölməyə aid digər xəbərlər
20.01.2019
Ötən il Ukraynada əhalinin sayı 200 min nəfərdən çox azalıb
19.01.2019
Fransada “Sarı jiletlər”in növbəti aksiyası keçirilir
19.01.2019
Türkiyə hərbçiləri Suriyada “YPG“ terrorçularına layiqli cavab veriblər
18.01.2019
Berlin: Moskva “Şimal axını-2” layihəsinin tikintisini müstəqil şəkildə başa çatdırmağa qadirdir
18.01.2019
İtaliya Suriyada yenidən səfirliyini aça bilər

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10565

1 Ukraynada oxucuların rəğbətini qazanan azərbaycanlı yazıçı
2 Struktur dəyişiklikləri dövlət idarəçiliyinin təkmilləşdirilməsini nəzərdə tutur
3 Hüseyn Babayev AAF-ın vitse-prezidenti təyin edilib
4 Dərslər təxirə salındı
5 Nikola Sarkozi: “Bakıda böyük quruculuq işlərinin şahidi oldum”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info