Gürcüstan Yuri Lujkovun adını “qara siyahı“ya salacaq
Tarix: 12.05.2017 | Saat: 00:00:00 | E-mail | Çapa göndər


Gürcüstan Moskvanın sabiq meri Yuri Lujkovun adını “qara siyahı"ya daxil edəcək. Bunu Gürcüstan daxili işlər nazirinin müavini Şalva Xutsişvili deyib. Qeyd edək ki, Y .Lujkov həyat yoldaşı və dostları ilə birlikdə may tətilləri zamanı Gürcüstana səfər edib. O, aramey dilində dini mərasimi izləmək üçün gürcü monastırını ziyarət edib. Moskvanın sabiq meri Gürcüstan Patriarxlığında da olub. Səfər ölkədə etirazlara səbəb olub, çünki Y. Lujkov daha əvvəl Gürcüstanın separatçı bölgələri Abxaziya və Cənubi Osetiyaya qanunsuz səfərlər edib. Gürcüstan qanunvericiliyinə əsasən rəsmi Tiflisin icazəsi olmadan bu ərazilərə səfər edən şəxslərin iri məbləğdə cərimələnməsi, yaxud 4 ilədək azadlıqdan məhrum edilməsi nəzərdə tutulur. “Hazırkı mərhələdə baş verənlər onun vaxtilə "qara siyahı"ya daxil edilməməsi ilə əlaqədardır. Biz onun adını bu siyahıya əlavə edəcəyik və o, Gürcüstana bir daha daxil ola bilməyəcək”, - deyə Ş. Xutsişvili söyləyib.




 
Bölməyə aid digər xəbərlər
22.04.2019
Zelenski dönəmində Ukrayna: NATO üzvlüyü ilə bağlı referendum keçiriləcək
21.04.2019
Ukraynada prezident seçkilərinin ikinci turu başlayıb
21.04.2019
“Oş – Türk dünyasının mədəniyyət paytaxtı” layihəsinin rəsmi açılışı
20.04.2019
Ukraynada prezident seçkilərinin ikinci turu ilə bağlı sükut günüdür
18.04.2019
Ermənistanda 24 yaşlı əsgər özünü güllələyib

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10757

1 Tarixin ibrət dərsləri...
2 Ramiz Mehdiyevin sərəncamı ilə tədbirlər planı təsdiqləndi
3 Azərbaycanlı həkim-yazıçı Rusiya Yazıçılar İttifaqına üzv olub
4 “Azərbaycan dilinin Orfoqrafiya Normaları” təsdiq edilib
5 Gülnar Səmanın kitabının təqdimatı keçiriləcək


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info