“Trampın məni əsassız olaraq istefaya göndərə biləcəyini gözləyirdim“
Tarix: 12.05.2017 | Saat: 00:02:00 | E-mail | Çapa göndər


ABŞ Federal Tədqiqatlar Bürosunun (FBİ) vəzifəsindən uzaqlaşdırılan keçmiş rəhbəri Ceyms Komi qurumun əməkdaşlarına vida məktubu göndərib. Bu barədə CNN məlumat yayıb. C. Komi məktubunda bildirib ki, prezidentin onu hər hansı əsas olmadan işdən kənarlaşdıra biləcəyini gözləyirdi: “Uzun müddət mən hesab edirdim ki, prezident məni heç bir əsas və ya səbəb olmadan istefaya göndərə bilər. Mən bu qərarla bağlı lazımsız düşüncələrə və əslində bu cür qərarların necə verilməli olduğu barədə fikirlərə vaxt sərf etmək niyyətində deyiləm. Ümid edirəm ki, siz də mənimlə həmfikirsiniz. Bu, artıq baş verib. Mənimlə bağlı hər şey qaydasındadır. Lakin həm sizlər, həm də iş üçün çox darıxacağam“. Qeyd edək ki, Tramp C.Komini "etimadı itirdiyi və FBİ-ı effektiv idarə etmək qabiliyyətində olmadığı” üçün istefaya göndərib. ABŞ Ədliyyə Nazirliyinin (FBİ bu qurumun tabeliyindədir) rəhbərliyi hesab edir ki, Komi 2016-cı ildə keçmiş dövlət katibi və ABŞ prezidentliyinə namizəd Hillari Klintonun xidməti məqsədlər üçün şəxsi elektron ünvanından istifadəsinə dair təhqiqatı bağlamaqla vəzifə səlahiyyətlərini aşıb.




 
Bölməyə aid digər xəbərlər
22.09.2018
Azərbaycanın sürətli inkişafının bir daha şahidi oldum
22.09.2018
Ermənistan hökuməti boş xəyallara qapılmamalı və gerçəkliyi qəbul etməlidir
22.09.2018
Pambığın alış qiymətinin artırılması fermerlərə göstərilən diqqət və qayğının növbəti təzahürüdür
21.09.2018
Yalnızlıq qorxusu
21.09.2018
“Gənclərimiz daha məntiqli və faydalı yol tutmalı, müsbət davranış nümunəsi göstərməlidirlər”

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10131

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 QHT sədri Ukraynadakı “Qafqaz“ xalq rəqs ansamblına milli geyimlər hədiyyə edib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info