“Bədii gimnastikada İslamiadanın ilk qalibləri kimi tarixə düşmək istəyirik”
Tarix: 12.05.2017 | Saat: 00:05:00 | E-mail | Çapa göndər


Avropa çempionatının gümüş mükafatçısı Jalə Piriyeva hesab edir ki, İslam Həmrəyliyi Oyunlarında Azərbaycan bədii gimnastlarının idmanın bu növündə birinci yerə çıxmaq üçün yaxşı şansları var. Bu il ilk dəfə olaraq İslam Həmrəyliyi Oyunları çərçivəsində bədii gimnastika yarışları keçiriləcək. “Tarixə düşmək istəyirik. Həm komanda, həm də finalda ayrı-ayrı əşyalarla birinci yerə çıxmaq üçün yaxşı şanslarımız var”, - deyə Jalə Piriyeva bildirib. O qeyd edib ki, İslam Həmrəyliyi Oyunlarında bu ilin aprelində Bakıda keçirilmiş Dünya Kuboku yarışındakı proqramı təqdim edəcək. Yarışlarda daha yaxşı çıxış edəcəyinə əmin olan J.Piriyevanın sözlərinə görə, hazırda Azərbaycan gimnastları var qüvvə ilə İslam Həmrəyliyi Oyunlarına hazırlaşırlar və hər gün 8-9 saat məşq edirlər. O, həmçinin qeyd edib ki, bu yarışlarda Özbəkistan komandasını güclü rəqib hesab edir. Açılış mərasimi mayın 12-də keçiriləcək IV İslam Həmrəyliyi Oyunları Bakıda mayın 22-dək davam edəcək. Bu müddətdə 16 idman obyektində idmanın 20, o cümlədən 17 olimpiya və 3 qeyri-olimpiya növü üzrə yarışlar keçiriləcək.




 
Bölməyə aid digər xəbərlər
23.03.2019
Əliyar Ağayev Polşa – Latviya oyununa təyinat alıb
23.03.2019
PSJ Ander Herreranı transfer edir
23.03.2019
Rafael Varan “Real“dan yayda ayrılmaq istədiyini söyləyib
22.03.2019
Mbappe İspaniyaya keçir?
22.03.2019
Avro-2020: Xorvatiya 2:1 Azərbaycan

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10702

1 Elektromaqnitizmin müxtəlif sahələrinə mühüm töhfələr verən görkəmli azərbaycanlı alim
2 Lənkəranın ucqar kənd məktəbində Novruz şənliyi keçirilib
3 Azərbaycan xalqı zəngin mədəniyyətə sahibdir
4 Yuliya Naçalova vəfat edib
5 İraqda bərə qəzaya uğrayıb: 71 ölü


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info