“Hər kağızı bir yarpağa dəyişək” layihəsinə UNEC-dən dəstək
Tarix: 12.05.2017 | Saat: 00:10:00 | E-mail | Çapa göndər


UNEC-də Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təsisçisi olduğu IDEA İctimai Birliyinin təşəbbüsü ilə “Hər kağızı bir yarpağa dəyişək” layihəsi çərçivəsində tədbir keçirilib. UNEC “Yaşıl universitet” şüarı altında “Hər kağızı bir yarpağa dəyişək” layihəsinə dəstək göstərib. Layihə ilə bağlı UNEC-də olan İDEA İB-nin nümayəndəsi Nəzakət İsayeva bildirib ki, aksiyanın məqsədi kağız israfını azaltmaq və təkrar emalı təşviq etmək yolu ilə ağacların qorunmasına, təbiətin mühafizəsinə və ekoloji balansın saxlanılmasına nail olmaqdır. Eyni zamanda, ətraf mühitin çirklənməsinin qarşısını almaq və tullantıların düzgün idarə olunmasını təbliğ etməkdir. İqtisadi məsələlər üzrə prorektor Mikayıl Zeynalov UNEC-də ekoloji layihələrə xüsusi önəm verildiyini bildirib. UNEC kollektivinin Badamdar qəsəbəsində yerləşən 2 hektar boş sahədə 1500-dən artıq ağac əkdiyini və Ulu öndərin anadan olmasının 94-cü ildönümü münasibətilə həmin ərazidə iməclik işlərinin aparıldığını diqqətə çatdırıb. UNEC-in elektron universitet modelinin tərkib hissəsi olan elektron sənəd dövriyyəsinə keçidlə bağlı universitetdə kağızdan istifadənin minimuma endirildiyini vurğulayıb. UNEC kollektivi 10 min tondan çox kağız tullantısını təkrar emal məqsədilə təhvil verib. Sonda “Hər kağızı bir yarpağa dəyişək” layihəsində fəal iştrakına görə UNEC-in kollektivinə təşəkkürnamə təqdim edilib.
Anar




 
Bölməyə aid digər xəbərlər
22.09.2018
Xüsusi Olimpiya Hərəkatı gənc liderlərin 20-ci Qolobal Forumu keçiriləcək
21.09.2018
Azərbaycanın ən sürətli mobil şəbəkəsinin adı açıqlanıb
21.09.2018
Baş prokuror Quba rayonunda vətəndaşları qəbul edib
21.09.2018
Sahil Babayev Göygöl rayonunda 4 rayon və şəhərin sakinləri ilə görüşüb
20.09.2018
Ədliyyə orqanlarına qulluğa qəbul olunan gənclər and içiblər

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10130

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 QHT sədri Ukraynadakı “Qafqaz“ xalq rəqs ansamblına milli geyimlər hədiyyə edib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info