Avropa İttifaqı Şurası Ukrayna ilə viza rejiminin ləğvinə qərar verib
Tarix: 12.05.2017 | Saat: 00:29:00 | E-mail | Çapa göndər


Avropa İttifaqı Şurası bu gün Ukrayna ilə viza rejiminin ləğvinə dair qərar qəbul edib. Bu barədə Ukrayna prezidenti Pyotr Poroşenko açıqlama yayıb. "Elə indicə Avropa İttifaqının Nazirlər Şurası bizlərə - Ukrayna vətəndaşlarına vizasız səyahət hüququ verən yekun qərar qəbul edib.
Mayın 17-də Strasburqda bu barədə müvafiq qanunvericilik aktı təntənəli şəkildə imzalanacaq. Bu, yəqin ki, mənim Ukrayna dövlətinin rəhbəri postunda 3 illik fəaliyyətim dövründə ən vacib səfərlərdən biri olacaq", - deyə o söyləyib. Poroşenko bildirib ki, qərar Aİ-nin rəsmi jurnalında dərc olunduqdan sonra qüvvəyə minəcək: "Təxminən 11 iyun tarixində 34 Avropa ölkəsi vizasız səfərlər üçün Ukrayna biometrik pasportunun sahiblərinə yaşıl işıq yandıracaq. Bu, sadələşdirilmiş viza rejimindən daha böyük məna kəsb edir. Bu, dövlətimizin müstəqilliyinin, insanlarımızın azadlığının təsdiqlənməsi yolunda - Avropaya doğru nəhəng addımdır". Xatırladaq ki, aprelin 6-da Avropa Parlamenti Ukrayna ilə viza rejiminin ləğvi barədə qərar qəbul edib. Aprelin 26-da Aİ ölkələrinin səfirləri bu qərarı təsdiqləyiblər.




 
Bölməyə aid digər xəbərlər
22.09.2018
Azərbaycanda gördüklərim məndə xoş təəssüratlar yaratdı
22.09.2018
Azərbaycan ilə İordaniya dost və qardaş ölkələrdir
22.09.2018
Azərbaycan-Rusiya parlamentlərarası əlaqələri yüksək səviyyədədir
22.09.2018
İsveçrə və Azərbaycan arasında çox yaxşı əlaqələr mövcuddur
21.09.2018
Yıldırım: “Azərbaycanı vətənim kimi qəbul edirəm“

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10131

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 QHT sədri Ukraynadakı “Qafqaz“ xalq rəqs ansamblına milli geyimlər hədiyyə edib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info