Özbəkistanın xarici siyasət vektorları: Moskva və Pekin
Tarix: 12.05.2017 | Saat: 00:30:00 | E-mail | Çapa göndər


Rafik Sayfullin: “Vacib olan odur ki, Çin Özbəkistanın Mərkəzi Asiyada əsas güclərdən biri olduğunu qəbul etsin. Özbəkistan üçün Çin həlledici tərəfdaşdır. Daşkənd Çinlə münasibətlərin ona verdiyi üstünlükdən yararlanmağa çalışır”

Özbəkistan dövlət başçısı Şövkət Mirzəyev dünən Çinə səfər edib. İkitərəfli münasibətlərin müzakirə olunduğu bu səfərin əsas məqsədlərindən biri də “İpək yolu iqtisadi kəməri” ilə bağlı beynəlxalq foruma qatılmaqdır.
Ekspertlər hesab edirlər ki, bu səfər yaxın perspektiv üçün Daşkəndin xarici siyasət vektorlarını müəyyən etmək baxımından əhəmiyyətlidir. Belə ki, Özbəkistan yaxın illər ərzində də əsas diqqəti Rusiya və Çinə yönəldəcək. Amma Qərb üçün qapılar bağlı olmayacaq. Özbəkistanlı ekspert, tarix elmləri doktoru Rafik Sayfullin “Nezavisimaya qazeta” nəşrinə açıqlamasında deyib ki, bu səfər Şövkət Mirzəyevin xarici siyasət sahəsindəki aktivliyinin ilk mərhələsinin yekunudur: “O, bundan əvvəl ənənəvi müttəfiq Rusiya, Türkmənistan və Qazaxıstana səfər edib. Özbəkistan dövlət başçısı Pekinə səfər etməklə ölkənin Çinlə münasibətlərə sadiq olduğunu göstərir”. Özbəkistan dövlət başçının Pekinə səfərinin necə nəticələnəcəyi hələ bəlli deyil. Onun Rusiyaya səfəri Daşkənd üçün uğurlu alındı və investisiya sahəsində önəmli sazişlər imzalandı. Çin dövləti də Özbəkistanın əsas ticarət tərəfdaşlarından biridir. Ötən il iki dövlət arasında ticarət dövriyyəsi 4,2 milyard dollar olub. Bu gün Özbəkistan ərazisində Çin kapitallı 700 şirkət fəaliyyət göstərir. “Jaxon” agentliyi yazır ki, Çin şirkətləri Özbəkistan iqtisadiyyatına 7,8 milyard dollar investisiya yatırıb.


Aleksandr Knyazev:
“Özbəkistan iqtisadiyyatının xarakteri belədir ki, tez gəlir etmək mümkün deyil. Ona görə də ərəb şeyxləri, Qərb dövlətləri , Yaponiya, Koreya kimi iri investorlar bu mənada Özbəkistana sərmayə yatırmayacaqlar. İri layihə isə iri investisiya tələb edir. Belə investor isə ancaq Moskva və Pekin ola bilər”


Tarix elmləri doktoru Rafik Sayfullin hesab edir ki, Çinin Özbəkistan iqtisadiyyatına yatırdığı investisiyanı artırması vacibdir: “Amma bundan vacibi odur ki, Çin Özbəkistanın Mərkəzi Asiyada əsas güclərdən biri olduğunu qəbul etsin. Çinin “İpək yolu kəməri” layihəsi çərçivəsində Yaxın və Uzaq Şərqlə bağlı çoxplanlı strategiyası var. Özbəkistan üçün Çin həlledici tərəfdaşdır. Özbəkistanın Çinə olan marağını anlamaq çətin deyil. Daşkənd Çinlə münasibətlərin ona verdiyi üstünlükdən yararlanmağa çalışır. “İpək yolu kəməri” layihəsinin həyata keçirilməsi üçün Özbəkistanın nəqliyyat infrastrukturunun yenilənməsi lazımdır. Əks halda, bu layihə ilə bağlı planlar xoş xatirədən başqa, heç nə olmayacaq”. Ekspert Aleksandr Knyazev də hesab edir ki, Rusiya və Çin istiqaməti Özbəkistanın xarici siyasətində əsas iki vektor olacaq: “Amma Daşkənd Qərbə qapıları bağlamayacaq. Özbəkistanda çoxdan başa düşürlər ki, iki əsas mərkəzlə münasibətləri inkişaf etdirməklə müasir dünya düzənində yer tutmaq, inkişaf etmək olar. Bunlar Moskva və Pekindir. Özbəkistan iqtisadiyyatının xarakteri belədir ki, tez gəlir etmək mümkün deyil. Ona görə də ərəb şeyxləri, Qərb dövlətləri, Yaponiya, Koreya kimi iri investorlar bu mənada Özbəkistana sərmayə yatırmayacaqlar. İri layihə isə iri investisiya tələb edir. Belə investor isə ancaq Moskva və Pekin ola bilər. Rusiya və Çin öz maraqları baxımından Özbəkistanda sabitliyin olmasını istəyir. Əfqanıstandan gələn təhlükə Rusiya və Çin üçün sərfəli deyil. Oradan gələn real təhlükə Çinin layihələrinə təhdid yarada bilər”. Özbəkistan və Çin Qırğızıstan vasitəsilə dəmir yollarını birləşdirmək istəyir. Sərhədə yaxın ərazidə logistika mərkəzləri yaradılacaq.
Anar







 
Bölməyə aid digər xəbərlər
21.11.2018
Polşa portalı Prezident İlham Əliyevin Belarusa rəsmi səfərindən yazıb
20.11.2018
Müxalifət islah olunmayacaq
20.11.2018
Belarus Azərbaycanın haqlı və ədalətli mövqeyini dəstəkləyir
20.11.2018
İzmirdə Türkdilli Ölkələrin Parlament Assambleyasının Şura iclası keçirilib
20.11.2018
Daxili İşlər Nazirliyində geniş kollegiya iclası keçirilib

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10507

1 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
2 “Tələbə Baharı-2018”-in mükafatçısı: “Hər gün xalq mahnılarımızı dinləyirəm”
3 Şervin Nəcəfpur: “Norveçdə doğulub boya-başa çatsam da, Vətən uzaqda deyil”
4 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb
5 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info