İordaniya Oyunlarda geniş heyətlə təmsil olunur
Tarix: 12.05.2017 | Saat: 00:43:00 | E-mail | Çapa göndər


Atef Yusif Saleh əl-Taravneh:
“Bu irimiqyaslı beynəlxalq idman tədbiri xalqlar arasında sülhə, dostluğa, əmin-amanlığa xidmət edəcək”

Baş nazir Artur Rasizadə ölkəmizdə səfərdə olan İordaniya Haşimilər Krallığı parlamentinin Nümayəndələr Palatasının sədri Atef Yusif Saleh əl-Taravnehin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.
Nazirlər Kabinetinin mətbuat xidmətindən bildiriblər ki, Azərbaycanla İordaniya arasında siyasi münasibətlərin dövlət başçıları səviyyəsində daim inkişaf etdiyini vurğulayan Baş nazir Artur Rasizadə, həmçinin ölkələrimiz arasında turizm, ticarət, mədəniyyət, sərmayə qoyuluşu və digər sahələrdə əməkdaşlığın mövcudluğunu nəzərə çatdırıb. İkitərəfli faydalı əlaqələrin inkişafı üçün böyük potensialın olduğunu xatırladan Artur Rasizadə qonaqların Bakıya səfərinin də qarşılıqlı təcrübə və fikir mübadiləsi baxımından səmərəli keçəcəyinə, həmçinin əməkdaşlığın hüquqi bazasının təkmilləşdirilməsi işinə xidmət edəcəyinə əminliyini bildirib. Söhbət zamanı beynəlxalq terrorizm, ekstremizm və etnik separatçılıq meyilləri ilə mübarizə kontekstində Ermənistan dövlətinin hərbi təcavüzkarlıq siyasətinə toxunan Baş nazir İordaniya dövlətinin beynəlxalq tədbirlərdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin müzakirəsində Azərbaycanın haqq işini dəstəklədiyini, problemin yalnız Azərbaycanın ərazi bütövlüyü və sərhədlərinin toxunulmazlığı prinsipləri əsasında həllinə tərəfdar olduğunu məmnunluqla qeyd edib. Atef Yusif Saleh əl-Taravneh İordaniyanın Azərbaycanla əlaqələrə böyük əhəmiyyət verdiyini, regionun ən inkişaf etmiş zəngin ölkəsi ilə əməkdaşlığa xüsusi maraq göstərdiyini deyib. Bakıda keçiriləcək IV İslam Həmrəyliyi Oyunlarında İordaniya idmançılarının da geniş heyətlə iştirakını xatırladan Atef Yusif Saleh əl-Taravneh bu irimiqyaslı beynəlxalq idman tədbirinin xalqlar arasında sülhə, dostluğa, əmin-amanlığa xidmət edəcəyini vurğulayıb. Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da geniş fikir mübadiləsi aparılıb.









 
Bölməyə aid digər xəbərlər
14.01.2019
“Azərbaycan hər ili əvvəlki ildən daha möhtəşəm uğurlara imza atır”
13.01.2019
Prezident Ermənistandakı böyük problemlərin məhz Sarkisyan rejiminin mahiyyətindən irəli gəldiyini təkzibolunmaz faktlarla sübut etdi
13.01.2019
2019-cu ilin “Nəsimi ili” elan edilməsi Nəsimi ideyaları əsasında azərbaycançılıq təfəkkürünün inkişaf etdirilməsi baxımından çox mühümdür
13.01.2019
Azərbaycanın uğurlu siyasəti Ermənistanın kriminal xunta rejiminin mahiyyətini açıb ortaya qoydu
12.01.2019
Ermənistan hakimiyyəti öz xalqını qonşu dövlətlərlə sülhə hazırlamalıdır

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10561

1 “Azərbaycan güclü ölkə kimi dünya miqyasında özünü təsdiqləyib”
2 Xocalı tarixi və mədəniyyəti
3 Struktur dəyişiklikləri dövlət idarəçiliyinin təkmilləşdirilməsini nəzərdə tutur
4 Azərbaycan Dövlət Pedaqoji Universitetində doktoranturaya və dissertanturaya qəbul başlanıb
5 Azərbaycanın qonşu ölkələrlə əlaqələri yüksək səviyyədədir


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info