Qazaxıstanda “Türk dünyası və informasiya fəzası” media forumu keçirilir
Tarix: 12.05.2017 | Saat: 16:38:00 | E-mail | Çapa göndər


Qazaxıstanın Türküstan şəhərində müxtəlif media qurumlarının iştirakı ilə “Türk dünyası və informasiya fəzası” beynəlxalq media forumu keçirilir. Forumun ilk günü iştirakçıların “Türk dünyasının mədəniyyət paytaxtı” elan olunan Türküstanın tarixi-mədəni abidələrini ziyarəti ilə başlayıb.
Cənubi Qazaxıstan vilayəti akimliyi və Beynəlxalq Türk Akademiyasının təşkilatçılığı ilə Türküstan şəhərində işinə başlayan forumda Azərbaycan, Türkiyə, Bolqarıstan, Qazaxıstan, Rusiya, Özbəkistan, Qırğızıstan, Tatarıstan, Başqırdıstan və digər ölkələrdən çoxlu sayda media nümayəndəsi iştirak edir.
İki gün davam edəcək Forumun əsas məqsədi Türk dünyasında ortaq informasiya fəzasının formalaşdırılması məsələlərini müzakirə etməkdir. Forumun ilk günü iştirakçılar TÜRKSOY-un təşəbbüsü ilə Şəki şəhərindən sonra “Türk dünyasının mədəniyyət paytaxtı” elan olunan Türküstanın maddi mədəniyyət nümunələri və tarixi abidələri ilə tanış olublar. Çimkənt şəhərinin görməli yerləri, Xoca Əhməd Yəsəvinin doğulduğu Sayram qəsəbəsi, tarixi Otrar şəhərinin qalıntıları, Arslan Baba türbəsi ziyarət edilib.
Beynəlxalq Türk Akademiyasının prezidenti, professor Darxan Kadırali qeyd edib ki, bundan 150 il əvvəl İsmayıl Qaspralı “Tərcüman” qəzetini çıxararq Türk dünyasında ortaq informasiya məkanının formalaşdırılması istiqamətində tarixi bir addım atıb. O zaman qəzeti oxuyan hər kəs ortaq ideallarla böyüdü və türk dünyasında aydınlar, oxucular və ziyalıların birliyi yaranmağa başladı. Bizim də məqsədimiz Türk dünyasına xidmərt edən, bu məqsədin daşıyıcıları olan və onun təbliğatını aparan jurnalistləri bir araya gətirərək, ortaq məqamları və bizi düşündürən məsələri müzakirə etməkdir.
Akademiya prezidentinin sözlərinə görə, bu fəaliyyət Türk Şurası dövlət başçılarının sammitində Qazaxıstan Prezidenti Nursultan Nazarbayevin təşəbbüsü ilə ortaq televiziya və vahid informasiya məkanı yaradılması ilə bağlı tapşırıqlar verilməsindən irəli gəlir. Bununla bağlı artıq Türk Şurası da müəyyən fəaliyyət həyata keçirir. Akademiya isə bu prosesin elmi və praktik tərəflərini müzakirə etmək üçün jurnalistləri bir araya gətirmək təşəbbüsü ilə çıxış edib.
Qeyd edək ki, “işdə, əməldə və fikirdə birlik” ideyası altında keçirilən Forum çərçivəsində Beynəlxalq Türk Akademiyasının media mükafatının təqdim olunması da nəzərdə tutulur.

Fuad




 
Bölməyə aid digər xəbərlər
17.11.2018
Başqa ölkələrdən gələn qaçqınların sosial təminatlardan yararlanması üçün yeni mexanizm yaradılacaq
16.11.2018
“Hüquqi dövlət quruculuğunda məhkəmə-KİV münasibətlərinin inkişafı vacibdir”
16.11.2018
Azərbaycan Gənclərinin VIII Forumu keçirilib
16.11.2018
Dərman vasitələrinin qanunsuz dövriyyəsi ilə əlaqədar başlanmış cinayət işi məhkəməyə göndərilib
16.11.2018
Dövlət Miqrasiya Xidmətinin fəaliyyətində yeniliklər tətbiq olunur

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10495

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info