“The Jewish Journal”: “Sarkisyan Xocalı sakinlərinin qırılmasında erməni qoşunlarının rolunu etiraf edib”
Tarix: 12.05.2017 | Saat: 16:39:00 | E-mail | Çapa göndər


Amerikada çıxan “The Jewish Journal” nəşrində Xocalı qırğınının sanki möcüzə sayəsində sağ qalmış şahidi Dürdanə Ağayevanın məqaləsi dərc edilib. Ermənistanın Azərbaycana qarşı təcavüzündən bəhs edilən “Hərbi cinayətlərin inkar edilməsi: salamat qalmış şahidin rəyi” sərlövhəli materialda Xocalıda erməni hərbçiləri tərəfindən azərbaycanlıların kütləvi şəkildə qətlə yetirilməsini inkar edən iki erməni müəllifin “Huffington Post” qəzetində dərc olunmuş məqaləsinə etiraz bildirilir. Dürdanə Ağayeva yazır ki, Xocalı qırğınının inkar edilməsi bu şəhərdə törədilmiş hərbi cinayətin salamat qalmış iki şahidinin – Dürdanə Ağayevanın və Anar Usubovun kəskin emosional reaksiyasına səbəb olub. Müəllif qeyd edir ki, ermənilər Xocalı şəhərini işğal edəndə onun 20, Anarın isə 8 yaşı var idi. 1992-ci il fevralın 25-dən 26-a keçən gecə etnik təmizləmə nəticəsində onlar doğmalarının çoxunu itiriblər.
D. Ağayeva o gecə baş vermiş dəhşətli hadisələri təsvir edərək yazır ki, ermənilər “bütün istiqamətlərə güllə yağdırdıqları” bir vaxtda onlar hər ikisi gecə qaranlıqda meşədən keçərək açıq bir sahəyə qaçırdılar. Anar bir sığınacaqdan digərinə, bir şəhərdən digərinə keçir, Dürdanə özü isə əsir götürülərək Ermənistana göndərilib, orada işğalçılar onu təsvirəgəlməz işgəncələrə məruz qoyublar. Dürdanə və Anar o gecə sağ qalıb, lakin 613 nəfər silahsız azərbaycanlı kişi, qadın, uşaqlar və qocalar erməni silahlıları tərəfindən öldürülüb.
D. Ağayeva vurğulayır ki, erməni müəlliflərin fikri “insanlığa, bizim məruz qaldığımız zədələrə və xatirələrimizə meydan oxumaqdır”. Bu, insanlığa qarşı törədilmiş cinayətin həyasızcasına inkar edilməsidir. Hətta Ermənistanın indiki prezidenti Serj Sarkisyan da Xocalıda dinc sakinlərin qırılmasında erməni qoşunlarının rolunu etiraf edib. “Human Rights Watch” hüquq-müdafiə təşkilatı Xocalı sakinlərinin kütləvi şəkildə qətlə yetirilməsini “Ermənistan ilə Azərbaycan arasında münaqişənin gedişində ən böyük qırğın” adlandırıb və dinc sakinlərin qətlə yetirilməsinə görə məsuliyyəti birbaşa erməni qoşunlarının üzərinə qoyub. Avropa İnsan Haqları Məhkəməsi özünün 2010-cu il tarixli qətnaməsində Xocalı qırğını ilə bağlı faktları təsdiq edib və 10-dan çox ölkə bu qırğını rəsmən tanıyıb.
BMT Təhlükəsizlik Şurası Azərbaycanın bütün Qarabağ regionunun qanunsuz işğal edilməsini və orada etnik təmizləmə aparılmasını pisləyən dörd qətnamə qəbul edib.
Tural




 
Bölməyə aid digər xəbərlər
19.11.2018
Putin:“Türk axını” tamamlandıqdan sonra Rusiya-Türkiyə enerji əməkdaşlığı daha da güclənəcək”
18.11.2018
Bolqarıstanı kütləvi etiraz aksiyaları bürüyüb
17.11.2018
Rusiyadan Ermənistana gedən magistralda 600-ə yaxın avtomobil qalıb
17.11.2018
Suriyada uşaqlardan ibarət terrorçu dəstələr yaradılıb
16.11.2018
Ərdoğan Qəzza zolağında vəziyyətlə bağlı Abbasa dəstəyini bildirib

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10502

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
3 “Gedir dayanmadan zamanın köçü”
4 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb
5 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info