İğdırda etiraz mitinqi keçirilib
Tarix: 22.04.2013 | Saat: 23:06:00 | E-mail | Çapa göndər


Beynəlxalq Diaspor Mərkəzi (BDM) və Dünya Azərbaycanlıları Konqresinin (DAK) nümayəndə heyəti Türkiyə Cümhuriyyətinin İğdır vilayətinə səfər edib. BDM mətbuat xidmətindən verilən məlumata görə, öncə İğdırda yerləşən soyqırıms abidəsi ziyarət olunub.
Daha sonra BDM, DAK və Əsilsiz Erməni İddiaları ilə Mübarizə Dərnəyinin (ASİM-DER) birgə təşkilatçılığı ilə İğdırın Əlican kəndində Əlican sərhəd-keçid məntəqəsi önündə qondarma “erməni soyqırımı”na etiraz olaraq mitinq keçirilib. Çox sayda sadə vətəndaşın, eləcə də İğdırda və Qarsda fəaliyyət göstərən QHT və diaspor təşkilatlarının nümayəndələrinin iştirak etdiyi mitinqdə yalançı “erməni soyqırımı”nın ermənilərin uydurması olduğu bəyan edilərək 1915-1918-ci illərdə ermənilərin türklərə qarşı törətdiyi soyqırımına diqqət çəkilib. Mitinqdə çıxış edən BDM sədri İsmayıl Ağayev bunun Əlican sərhəd-keçid məntəqəsində keçirdikləri ikinci etiraz mitinqi olduğunu vurğulayıb: “Bu ermənilərə dəfələrlə demişik, yenə də deyirik - Qarabağla, İrəvan bizimdir, əl çəkin bu saxta torpaq iddialarınızdan. İrəvanın sahibi olaraq illərlə bu torpaqları sizə kirayə vermişik. Ancaq artıq bu zaman bitib. Qarabağı azad edəcəyik və növbəti hədəfimiz İrəvan olacaq”. Daha sonra çıxış edən ASİM-DER başqanı Göksəl Gülbəy 1915-1918-ci illərdə ermənilərin türklərə qarşı törətdikləri soyqırımına diqqət çəkərək, erməni diasporunun 24 apreldə yalançı “erməni soyqırımı”nı dünyaya sırımağa, özəlliklə Avropa və ABŞ siyasətçilərini sıxışdırıb bunu qəbul etdirməyə çalışmasına etiraz olaraq bu mitinqi keçirdiklərini bildirib: “1915-1918-ci illərdə bu bölgələrdə və 1992-ci ildə Xocalıda ermənilər tərəfindən törədilən soyqırımını görməzliyə vuran dünya birliyinə səslənirəm. Ermənilərin türk millətinə qarşı törətdikləri soyqırımılara, vəhşiliyə qarşı səssiz qalmayın, türk millətinə qarşı edilən bu haqsızlığa göz yummayın artıq”. Sonda “erməni soyqırımı”na etiraz olaraq Ermənistan prezidenti Serj Sərkisyanın maketi yandırılıb.




 
Bölməyə aid digər xəbərlər
17.06.2019
Suriyada kəndin atəşə tutulması nəticəsində 12 nəfər ölüb
17.06.2019
Nigeriyada silahlı hücumlar nəticəsində 34 nəfər həlak olub
16.06.2019
Silahlılar Suriyada Hələbi və iki vilayəti atəşə tutublar
16.06.2019
ABŞ İrana qarşı müqavimət göstərmək üçün bütün variantları nəzərdən keçirir
16.06.2019
Fransada “sarı jiletlilər” nümayişlərinin 31-ci həftəsi

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10806

1 Naxçıvanda “Cavidşünaslıq” oncildliyinin təqdimatı olub
2 “Aa.com.tr”: “2020-ci ilə qədər Azərbaycan qazının Avropa bazarlarına çatması gözlənilir”
3 Rufiz Qonaqov: Xəzəryanı ölkələrin xalqları arasında dostluq və əməkdaşlıq platformaları əhəmiyyətlidir
4 Ermənilərin təyyarəmizi vurmaq cəhdi uğursuzluqla nəticələnib - VİDEO
5 Bakı Atatürk Liseyində məzun günü münasibəti ilə tədbir keçirilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info