Nazir: “Peşə təhsili sisteminin islahatına başlanılıb”
Tarix: 12.05.2017 | Saat: 17:47:00 | E-mail | Çapa göndər


"Son illər obyektiv səbəblərə görə ölkənin peşə təhsili sistemində bir sıra həllini gözləyən problemlər və çətinliklər mövcuddur". Təhsil naziri Mikayıl Cabbarov Peşə Təhsili üzrə Dövlət Agentliyinin yeni inzibati binasının açılışında bildirib ki, bura ilk olaraq maddi-texniki baza ilə bağlı məsələləri aid etmək olar. Nazirin  sözlərinə görə, peşə təhsili müəssisələrində qaçqın və məcburi köçkün vətəndaşların yerləşdirilməsi təbii olaraq həm təhsil prosesinə çətinliklər yaradır, həm də müəssisələrin özlərinin maddi-texniki bazasına mənfi təsir göstərib. 
M.Cabbarov qeyd edib ki, peşə təhsili sahəsində idarəetmədə olan boşluqlardan irəli gələn məsələlər, bu sistemə qəbul, hazırlıq prosesi zamanı, yekun qiymətləndirmə prosesində bir çox xoşagəlməz hallar baş verib: “Nəticə etibarı ilə peşə təhsili müəssisənin diplomunu əldə etmiş məzun bir çox hallarda əmək bazarında tələb olunan kompitensiyalara malik olmayıb. Belə olduğu təqdirdə peşə təhsilinin nüfuzu istər-istəməz aşağı düşür, istər işə götürənlər, istərsə də cəmiyyət tərəfindən ona olan inam azalır. Bu və ya digər sahədə olan problemlərin həlli məqsədilə Prezident tərəfindən Təhsilin inkişafı üzrə Dövlət Strategiyasında nəzərdə tutulan yeni ixtisaslaşmış qurumun - Peşə Təhsili üzrə Dövlət Agentliyinin yaradılması və buna paralel peşə təhsili sistemi sisteminin islahatına başlanılıb”.

Nigar




 
Bölməyə aid digər xəbərlər
19.02.2019
Azərbaycanda münaqişəli ailələrin sayı artır
19.02.2019
Avropa Komissiyasının Hərəkətlilik və Nəqliyyat üzrə Baş direktoru Şimal bölgəsinə səfər edib
19.02.2019
“EcoArt” layihəsi başa çatıb
19.02.2019
Peşə hazırlığı kurslarının Almaniya təcrübəsinə uyğun təşkili məsələləri müzakirə olunub
19.02.2019
Şəhidlik ölməzlikdir

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10605

1 “Gürcüstanda yaşayan gürcü və azərbaycanlı gənclərin mütəmadi görüşlər keçirməsi vacib şərtdir”
2 Milli qəhrəmanlara və şəxsiyyətlərə hücum savaşın tərkib hissəsidir
3 “Əsas oxucu kütləsi sayılan gənclər bu gün internet mediaya daha çox üstünlük verirlər”
4 Qabaqcıl texnologiyalar dövründə ənənəvi və internet medianın inkişafı
5 ABŞ-da atışma: xəsarət alanlar var


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info