ADPU-da Heydər Əliyevə həsr edilən növbəti tədbir keçirilib
Tarix: 12.05.2017 | Saat: 18:30:00 | E-mail | Çapa göndər


Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Musiqi, təsviri incəsənət, fiziki tərbiyə və çağırışaqədər hazırlıq fakültəsi ulu öndər Heydər Əliyevin anadan olmasının 94-cü ildönümünə həsr edilən konsert keçirib. Konsertdən öncə iştirakçılar fakültənin müəllim və tələbələrinin rəsm əsərləri ilə tanış olublar.
Tədbiri giriş sözü ilə açan Musiqi, təsviri incəsənət, fiziki tərbiyə və çağırışaqədər hazırlıq fakültəsinin dekanı, dosent Laçın Həsənova ADPU rəhbərliyinin diqqət və qayğısı ilə fakültədə tədris prosesinin təkmilləşdirilməsi ilə yanaşı, həyata keçirilən müxtəlif ictimai-mədəni tədbirlər, layihələr haqqında məlumat verib. Bildirib ki, fakültənin keçirdiyi “Bizi tanıyın!”layihəsi çərçivəsində müəllim və tələbələr ümumi təhsil müəssisələrində maraqlı və rəngarəng konsert proqramları ilə çıxış ediblər , eyni zamanda respublika miqyasında keçirilən tədbirlərdə fəal iştirak ediblər. Bunlarla yanaşı, fakültənin idmançı və hərbçi müəllim və tələbələri ADPU-nu müxtəlif tədbirlərdə layiqincə təmsil ediblər.
Tədbirdə ulu öndər Heydər Əliyevin həyat və fəaliyyəti ilə bağlı slayd nümayiş etdirilib. Həmçinin fakültədə universitet rəhbərliyinin iştirakı ilə keçirilən ictimai-mədəni tədbirləri, eləcə də fakültənin fəaliyyətini əks etdirən slayd göstərilib.
Konsertdə Nərmin Kamilovanın dirijorluğu ilə fakültənin birləşmiş xoru çıxış edib, sonra musiqisi Nailə Mirməmmədlinin, sözləri Asəf Həsənovun olan fakültənin himni ilk dəfə səsləndirilib. Konsertdə həmçinin musiqisi Nailə Mirməmmədlinin, sözləri Nərmin Kamilovanın olan “Ulu Öndər”, musiqisi Kamalın, sözləri Baba Vəziroğlunun olan “Xalq Heydər söyləyəcək”, musiqisi Nailə Mirməmmədlinin, sözləri Baba Vəziroğlunun olan “İnşallah” mahnıları səsləndirilib. Daha sonra II tədris ilinin tələbəsi Məhərrəməli Əlişanov Elmira Həsənovanın müşayiəti ilə Sevil Əliyevanın “Ana”, II tədris ilinin tələbəsi Nərgiz Əliyeva Tofiq Quliyevin “Prelyüd”, IV tədris ilinin tələbəsi Hikmət Mustafazadə Emin Sabitoğlunun “Şükriyyə” mahnılarını, fakültənin açıqlar ansamblı “Azərbaycan” mahnısını, IV tədris ilinin tələbəsi, beynəlxalq müsabiqə laureatı Lalə Ağayeva Qara Qarayevin “Yeddi Gözəl” baletindən vals, Aslan Əzimzadə isə Müslüm Maqomayevin “Azərbaycan” mahnısını ifa ediblər. Qeyd edək ki, konsert universitet kollektivinin böyük marağına səbəb olub.
ADPU-nun rektoru, professor Cəfər Cəfərov çıxış edərək konsertin yüksək səviyyədə keçirilməsinə görə fakültənin kollektivinə təşəkkür edib və uğurlar arzulayıb.

Nigar




 
Bölməyə aid digər xəbərlər
22.09.2018
Reytinq: Bakı dünyanın ən təhlükəsiz 41 şəhəri sırasında yer alıb
22.09.2018
Xüsusi Olimpiya Hərəkatı gənc liderlərin 20-ci Qolobal Forumu keçiriləcək
21.09.2018
Azərbaycanın ən sürətli mobil şəbəkəsinin adı açıqlanıb
21.09.2018
Baş prokuror Quba rayonunda vətəndaşları qəbul edib
21.09.2018
Sahil Babayev Göygöl rayonunda 4 rayon və şəhərin sakinləri ilə görüşüb

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10130

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 QHT sədri Ukraynadakı “Qafqaz“ xalq rəqs ansamblına milli geyimlər hədiyyə edib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info