Polşa səfiri Bakı Ali Neft Məktəbində
Tarix: 12.05.2017 | Saat: 19:55:00 | E-mail | Çapa göndər


Polşa Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Marek Tsalka Bakı Ali Neft Məktəbində (BANM) olub və ali məktəbin rektoru Elmar Qasımovla görüş keçirib.
Səfirə BANM-in yaranma tarixi, tədris prosesi, beynəlxalq əlaqələri və fəaliyyət istiqamətləri haqqında ətraflı məlumat verən rektor iki ölkə arasında mövcud olan əlaqələrdən bəhs edərək təhsil sahəsində əməkdaşlığın vacibliyini xüsusi olaraq vurğulayıb. E.Qasımov qeyd edib ki, BANM-in yaranmasında əsas məqsədlərdən biri müasir standartlara cavab verən yüksək ixtisaslı kadrların yetişdirilməsidir. Rektor vurğulayıb ki, Azərbaycan və Polşa arasında enerji, siyasi-iqtisadi, sosial-mədəni, elm və təhsil sahələrində əməkdaşlıq əlaqələri günü-gündən inkişaf etməkdədir.
Səfir Marek Tsalka Azərbaycan və Polşa arasında bir çox sahələrdə əməkdaşlığın inkişafı üçün perspektivlərin mövcud olduğunu bildirib. O Azərbaycanda beynəlxalq standartlara cavab verən belə bir ali məktəbin yaradılmasının sevindirici hal olduğunu və gənclərin mütəxəssis olaraq yetişməsində müsbət töhfə verəcəyini qeyd edib. Səfir BANM ilə müxtəlif təhsil layihələri çərçivəsində əməkdaşlıq etməyə və Polşa Respublikasının müxtəlif texniki ali məktəbləri ilə əlaqələr qurulması üçün gərəkli dəstəyi verməyə hazır olduğunu bildirib.
Görüşün sonunda rektor səfirə “Fəxri qonaq” diplomunu təqdim edib.

Nigar




 
Bölməyə aid digər xəbərlər
18.09.2018
Bu il Azərbaycana 193 ölkədən 1,9 milyon əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib
18.09.2018
Ağsuda dini ayinlərin qanunazidd icrası faktı aşkarlanıb
18.09.2018
Aeroportda mülki pilotsuz aparatların uçuşlarına Vahid Nəzarət Mərkəzi yaradılır
18.09.2018
Təhlükəsiz avtomobil idarəetmə mövzusunda dəyirmi masa
18.09.2018
“Maarifləndirici tədbirlərin nəticəsi olacaq”

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10117

1 ADPU-nun rektoru yüksək balla qəbul olunan tələbələrlə görüşüb
2 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
3 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
4 Aqil Acalov: “İdmançılar qanvermə aksiyalarında aktiv iştirak edəcəklər”
5 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info