Gəncə Dövlət Universiteti Rusiya və Ukrayna ilə əlaqələri genişləndirir
Tarix: 12.05.2017 | Saat: 19:56:00 | E-mail | Çapa göndər


Gəncə - MDB-nin mədəniyyət paytaxtı-2017 layihəsi çərçivəsində Rusiyanın Voronej Dövlət Universitetinin professoru Aleksandr Zavrajnov və Ukraynanın Kiyev Politexnik Universitetinin professoru, Ukrayna Milli Elmlər Akademiyası Materialşünaslıq İnstitutunun şöbə müdiri Marina Bulanova Gəncə Dövlət Universitetinin ziyarət ediblər. Qonaqlarla görüşdə universitetin rektoru, professor, Yusif Yusibov beynəlxalq əməkdaşlığın genişləndirilməsi istiqamətində görülmüş işlər və perspektivlər, Rusiya və Ukrayna ali məktəbləri ilə əlaqələr, tədris və istehsal sahələrinin interqasiyasının əhəmiyyəti barədə danışıb. Qonaqlar GDU ilə də əməkdaşlıq əlaqələrinin qurulması və inkişaf etdirilməsi, universitetin tələbələrinin təcrübələrinin təmsil etdikləri Universitetlərdə təşkilində maraqlı olduqlarını, habelə son illərdə universitetdə yaradılmış şəraitin beynəlxalq əməkdaşlıq üçün geniş imkanlar açdığını bildiriblər. Görüşdə AMEA-nın müxbir üzvü, GDU –nun Fəxri doktoru Məhəmməd Babanlı da iştirak edirdi. Universitetin maddi-texniki bazası, tədris prosesi ilə yaxından tanış olmaq məqsədilə qonaqlar laboratoriyalarda, auditoriyalarda olublar. Səfər çərçivəsində Universitetdə təşkil olunan beynəlxalq konfransda iştirak ediblər. Qonaqlar görüşdə təmsil etdikləri sahələr barədə informasiyalar, təhsil və təcrübə imkanları barədə təqdimatlar veriblər, müzakirələr aparıblar.
Fuad




 
Bölməyə aid digər xəbərlər
16.01.2019
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində ötən ilin yekunları müzakirə edilib
16.01.2019
Baş prokurorun Şamaxıda vətəndaşlarla görüşünün vaxtı dəyişdirilib
16.01.2019
SOCAR: Hava şəraitinin kəskinləşməsi ilə əlaqədar 2500-dək neftçi təxliyyə olunub
16.01.2019
Hərbi hissələrdə təhlükəsizlik tədbirləri görülüb
16.01.2019
“Azəriqaz” hava şəraitinin kəskin dəyişəcəyi ilə əlaqədar gücləndirilmiş iş rejiminə keçir

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10562

1 Xocalı tarixi və mədəniyyəti
2 Ukraynada oxucuların rəğbətini qazanan azərbaycanlı yazıçı
3 Struktur dəyişiklikləri dövlət idarəçiliyinin təkmilləşdirilməsini nəzərdə tutur
4 Azərbaycanın qonşu ölkələrlə əlaqələri yüksək səviyyədədir
5 Çingiz Bayramov: “Azərbaycan bölgənin inkişaf etmiş ölkəsinə çevrilib”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info