Premyer Liqada yenə 8 komanda yarışacaq
Tarix: 13.05.2017 | Saat: 00:09:00 | E-mail | Çapa göndər


AFFA Lisenziya Komissiyasının iclası keçirilib. Qurumun inzibati binasında baş tutan iclasda 2017-18 mövsümündə UEFA və Premyer Liqa yarışlarında iştirak etmək məqsədilə lisenziya üçün müraciət etmiş klubların ərizələrinə baxılıb. Müzakirələrdən sonra 6 klubun (“İnter”, "Qarabağ", "Qəbələ", "Neftçi", “Sumqayıt”, “Zirə”) avrokuboklarda iştirak üçün müraciəti müsbət cavablanıb. 3 ili tamam olmayan “Zirə”nin müraciəti isə UEFA-nın razılığına əsasən baxılaraq, qəbul edilib. “UEFA-nın klub yarışlarında iştirak etmək üçün Azərbaycan Futbol Klublarının Lisenziyalaşdırılması üzrə qaydaları"n 13-cü maddəsinə müvafiq olaraq, 2017-18 mövsümündə UEFA-nın klub turnirlərinə qatılmaq üçün lisenziya almış klublar avtomatik olaraq eyni mövsümdə Azərbaycan Premyer Liqasında iştirak etmək üçün lisenziya almış olurlar. Bu komandalarla yanaşı, “Kəpəz” və “Səbail”ə də Premyer Liqada iştirak üçün lisenziya verilib. Eyni arzuda olan 6 klub - AZAL, “Mil-Muğan”, MOİK, “Turan Tovuz”, “Qaradağ-Lökbatan” və “Zaqatala” isə tələblərə cavab verən sənədləri toplaya bilməyiblər. Lakin onlar imtina barədə verilmiş bildiriş tarixindən etibarən 10 gün müddətində AFFA-nın Lisenziyalaşdırma üzrə Apellyasiya Komitəsinə apellyasiya şikayəti vermək hüququna malikdilər.




 
Bölməyə aid digər xəbərlər
20.01.2019
“Real Madrid“ “Sevilya“nın qapısından iki cavabsız top keçirib
19.01.2019
İngiltərə Premyer Liqası: “Liverpul“ və “Mançester Yunayted“ qələbə qazanıblar
19.01.2019
“Arpaçay Open” beynəlxalq turnirinin açılış mərasimi olub
19.01.2019
“Barselona” sosial şəbəkələrdə ən çox izləyicisi olan futbol klubudur
19.01.2019
Harri Keyn 2018-ci ildə İngiltərə yığmasının ən yaxşı oyunçusu sayılıb

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10565

1 Ukraynada oxucuların rəğbətini qazanan azərbaycanlı yazıçı
2 Struktur dəyişiklikləri dövlət idarəçiliyinin təkmilləşdirilməsini nəzərdə tutur
3 Hüseyn Babayev AAF-ın vitse-prezidenti təyin edilib
4 Dərslər təxirə salındı
5 Nikola Sarkozi: “Bakıda böyük quruculuq işlərinin şahidi oldum”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info