BMT: Mosulda yeni qaçqın dalğası yarana bilər
Tarix: 13.05.2017 | Saat: 00:47:00 | E-mail | Çapa göndər


BMT-nin Qaçqınların İşi üzrə Agentliyi İraqın Mosul şəhərinin qərbində “İŞİD” qruplaşmasına qarşı davam edən hərbi əməliyyatlar nəticəsində yeni qaçqın dalğasının yarana biləcəyi barədə xəbərdarlıq edib. TASS informasiya agentliyi xəbər verir ki, BMT-nin Ali Komissarının İdarəsi şəhəri tərk edəcək əhali üçün yeni düşərgələr hazırlayır. İraq hökumətinin məlumatına əsasən, Mosulda 2016-cı ilin oktyabrından başlayan hərbi əməliyyatlar nəticəsində şəhəri 630 min nəfər tərk edib ki, onların 141 min nəfəri artıq evlərinə qayıdıb. Qeyd edək ki, ölkənin bir hissəsini nəzarət altına alan “İŞİD” qruplaşmasının fəaliyyəti nəticəsində İraqda gərgin vəziyyət davam edir. Silahlıların hücumları və təxribatları nəticəsində hökumət qüvvələri xeyli itki verir. Oktyabrın 17-dən ABŞ-ın başçılıq etdiyi beynəlxalq koalisiyanın dəstəyi ilə İraqın eyni zamanda bir neçə güc strukturu Mosul şəhərinin “İŞİD”-dən azad olunması uğrunda hücum əməliyyatları aparır. Şəhərin şərq hissəsi terrorçulardan təmizlənib. Bir müddətdir ki, qərbi Mosul uğrunda ağır döyüşlər gedir. İraq komandanlığının məlumatına görə, şəhərin qərb hissəsinin dörddə üç hissəsi artıq azad olunub.




 
Bölməyə aid digər xəbərlər
26.09.2018
Türkiyənin təhlükəsizlik qüvvələrinin iki əməkdaşı şəhid olub
26.09.2018
BMT-nin Gənclik Təşkilatı İstanbulda yerləşə bilər
26.09.2018
Fransa: təhsil sahəsində 1800 iş yeri ləğv ediləcək
26.09.2018
Ərdoğan Trampla görüşdü
25.09.2018
Yaponiya hökuməti dövlət qulluqçularının çoxunun evlərində işləməsinə çalışır

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10146

1 Yalnızlıq qorxusu
2 “Vətən uzaqda deyil” telelayihəsi dünya azərbaycanlılarının sevincinə səbəb olub
3 “Azərbaycanda xalq yaradıcılığına maraq artıb”
4 Cəfər Cəfərov: “Hər bir ölkənin gələcəyi yüksək səviyyəli kadrlardan asılıdır”
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info