Müxtəlif xarici saytlarda Azərbaycanla bağlı dərc olunan sənədlər saxta və qərəzlidir
Tarix: 22.04.2013 | Saat: 23:09:00 | E-mail | Çapa göndər


Son vaxtlar bəzi kütləvi informasiya vasitələrində Azərbaycanın müxtəlif qurumları, o cümlədən Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin (http://” www.mincom.gov.az”) saytından müxtəlif səpkili sənəd və informasiyaların oğurlanmasına dair məlumatlar dərc olunur.
Nazirliyin mətbuat xidmətindən bildiriblər ki, müvafiq qurumlar tərəfindən aparılan ilkin araşdırmalardan sonra məlum olub ki, müxtəlif xarici saytlarda Azərbaycanla bağlı dərc olunan məktub və sənədlər tam saxta və qərəzlidir. Belə ki, dərc olunmuş məlumatlarda adları yer alan müvafiq qurumlar nazirliyə məktub ünvanlayaraq, məlumatların tam yalan olduğunu təsdiqləyir, o cümlədən Türkiyənin Bilgi Teknolojileri ve İletişim Kurumu Uluslararası İlişkiler Dairesi Başkanlığının rəsmiləri məsələyə yazılı şəkildə etirazlarını bildirərək, onlarda bu məzmunda və qeydiyyatda sənəd olmadığını vurğulayıblar. Hazırda bu istiqamətdə araşdırmalar davam edir.
Qeyd edək ki, bu gün bütün dünyada informasiya təhlükəsizliyinin təmin olunması problemi qlobal səviyyədə vacibliyini və aktuallığını saxlayır. Ölkəmiz də Kompyuter İnsidentlərinə qarşı Milli Mübarizə Mərkəzlərinin Beynəlxalq Birliyi, Kompyuter İnsidentlərinə qarşı Akreditiv Mübarizə Mərkəzlərinin və Təhlükəsizlik Mərkəzlərinin Beynəlxalq Forumu və s. kimi beynəlxalq qurumların tamhüquqlu üzvüdür. Sürətli inkişaf yolunu seçən Azərbaycanın siyasi nüfuzuna və artmaqda olan imicinə xələl gətirmək məqsədi daşıyan bu kimi məkrli və qərəzli məlumatların heç bir əsası olmadığını bir daha bildirən RİTN kütləvi informasiya vasitələrini belə məlumatları yayarkən diqqətli olmağa çağırır.




 
Bölməyə aid digər xəbərlər
12.11.2018
Zəfərlərə doğru
12.11.2018
“İrəli”nin intellektual yarışlarının Dağlıq Şirvan və Şəki- Zaqatala üzrə qalibləri müəyyənləşib
12.11.2018
Heydər Əliyev Fondu və Milli Onkologiya Mərkəzi birgə onkoloji skrininq və elmi-praktiki konfrans keçiriblər
12.11.2018
İran vətəndaşı daxili orqanlarında narkotik vasitələr keçirmək istədi
12.11.2018
Külli miqdarda xarici valyutanı gizlədərək keçirmək istədi

Şərh əlavə olunmayıb



    ,    
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Mehriban Nəsib
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10458

1 İncəsənət dünyaya sülh gətirir
2 İsveçdə Skandinaviya Azərbaycanlılarının Koordinasiya Şurası yaradılıb
3 “Universitet müəllimi 30-40 il əvvəl qazandığı bilik və metodlarla auditoriyaya girməməlidir”
4 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
5 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info