“İpək yolu kəməri” layihəsi “yeni dünya” yarada biləcəkmi?
Tarix: 13.05.2017 | Saat: 01:07:00 | E-mail | Çapa göndər


Azərbaycan nümayəndə heyəti “Bir kəmər - bir yol” forumunda iştirak edəcək

Çin bir neçə gündən sonra böyük bir tədbirə ev sahibliyi edəcək. Pekinin dünyaya təqdim etdiyi “Bir kəmər-bir yol” layihəsi təxminən planetin 60 faiz əhalisini əhatə edəcək. Çində buna “yeni dünya məkanı” deyirlər.
Çin lideri Si Tsinpinin 2013-cü ildə elan etdiyi “Bir kəmər-bir yol” layihəsi Avrasiya məkanında qarşılıqlar nəqliyyat, infrastruktur əlaqəsinin yaranmasını ehtiva edir. Avrasiya ölkələri, o cümlədən qədim İpək Yolu üzərində yerləşən dövlətlər arasında qarşılıqlı əlaqələrin inkişafına və ticari-iqtisadi əməkdaşlığın inkişafı ilə bağlı müvafiq infrastruktur yaradılmasına yönəlmiş bu strategiya iki mühüm inkişaf istiqamətini əhatə edir: “İpək Yolu İqtisadi Kəməri” və “Dəniz İpək Yolu”. Söhbət malların güzəştli şərtlərlə Şərqdən Qərbə birbaşa göndərilməsi üçün ticarət dəhlizi yaradılmasından gedir. Amma son vaxtlar Çin dünyaya təqdim etdiyi nəhəng iqtisadi layihənin coğrafiyasını xeyli genişləndirib. Çin iqtisadi maraqlarının dairəsini Asiya və Avropadan Latın Amerikasına qədər artırıb. Çinin bu aktivliyi tarixi İpək yolu marşrutu ilə məhdudlaşmır və bütün qitələrə yayılmağı nəzərdə tutur. Pekinin təqdim etdiyi yeni layihə iqtisadi imkanlar, inkişaf deməkdir. Layihə çərçivəsində Çin İndoneziyada yüksəksürətli qatar, Pakistan və Banqladeşdə körpülər, Səudiyyə Ərəbistanında neftayırma zavodu, Misirdə elektrik ötürücülər inşa edir. Bu işlər Avropada da həyata keçirilir. Çinlilər 2014-cü ildə Belqradda körpü inşa ediblər. Ötən il isə Çin şirkəti Yunanıstanın ən böyük liman şirkətinin səhmdarı olub. Çin Dövlət Şurasının üzvü Yan Tsezi bildirib ki, 100-dən çox ölkə və beynəlxalq təşkilat layihədə iştirak arzusunu ifadə edib, onlardan 40-ı artıq Pekinlə müvafiq saziş imzalayıb. Pekində bildirirlər ki, layihənin məqsədi bütün ölkələrin qarşılıqlı faydaya əsaslanan əməkdaşlığı və ümumi uğurudur. “Söhbət ondan getmir ki, piroqun hansısa bir hissəsi və ya hamısı Çinə qalsın. Biz bütün ölkələrə təklif edirik ki, piroqu birgə bölək. Doğrudur, layihənin müəllifi Çindir, amma bu o demək deyil ki, biz solo çıxış edəcəyik” - deyə Çin Dövlət Şurasının üzvü Yan Tsezi bildirib.
Ötən il Çin dünyanın 53 ölkəsində layihələrə 14,5 milyard dollar yatırıb.
Mayın 14-15-də Pekində “Bir kəmər- bir yol” təşəbbüsü çərçivəsində yüksək səviyyəli forum keçiriləcək. Tədbirdə 29 ölkədən dövlət və hökumət başçılarının, 110 ölkədən dövlət və özəl sektor nümayəndələrinin, sərmayədarların, 60-dan çox beynəlxalq təşkilatın nümayəndəsinin iştirak edəcəyi gözlənilir. BVF, Dünya Bankı və BMT rəhbərlərinin də tədbirdə iştirakı təsdiqlənib. Yayılan məlumatda qeyd edilir ki, forumun məqsədi “Bir kəmər-bir yol” layihəsi çərçivəsində daimi fəaliyyətdə olan infrastruktur və əməkdaşlıq mexanizmi yaratmaqdır. 2021-ci ildə Çin Kommunist Partiyasının, 2049-cu ildə isə Çin Xalq Respublikasının 100 illiyi qeyd ediləcək. Pekin həmin yubileylərə qədər dünyaya təqdim edilən “sivilizasiya layihəsi”nin tam reallaşmasını hədəfləyir. Rusiyalı ekspert Aleksey Maslov hesab edir ki, Çin bu layihəni dünyada tanıtmaq üçün yüzlərlə tədbir, forum keçirib: “Bu forum artıq layihənin qlobal əhəmiyyətini ən yüksək səviyyədə elan etməyin vaxtının çatdığını göstərir. Yəni uzunmüddətli işlərin ilk mərhələsinə yekun vurulur. Bu Çin sayağı qloballaşmadır, amma ona böyük beynəlxalq dəstək lazımdır. Çin bu layihənin lideridir. Çünki layihənin əsas hərəkətverici qüvvəsi və yeganə sponsoru Çindir. Bu layihə adı altında, bəzən bir-biri ilə əlaqəsi olmayan onlarla layihə də reallaşır. Rəsmi məlumatlara əsasən ötən il Çin dünyanın 53 ölkəsində layihələrə 14,5 milyard dollar yatırıb. Son illərdə Çin şirkətləri 126 milyard dollarlıq layihələrə imza atıb. Ötən il Çinin Avropaya yatırdığı investisiya, Avropanın Çinə yatırdığı investisiyadan 4 dəfə çox olub”.
Azərbaycan Çinin bu strategiyasını dəstəkləyən ilk ölkələrdən biridir. Qeyd edək ki, forumda Azərbaycanı iqtisadiyyat naziri Şahin Mustafayevin başçılığı ilə geniş nümayəndə heyəti təmsil edəcək. Nümayəndə heyətinin tərkibinə Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin (SMPDK) sədri Ramiz Həsənov, Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövnəq Abdullayev, “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin (QSC) sədri Cavid Qurbanov, “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC-nin baş direktoru Taleh Ziyadov, habelə bir neçə dövlət qurumunun məsul şəxsləri daxildir. Azərbaycan nümayəndə heyətinin üzvləri forumun müxtəlif panel iclaslarında iştirak edərək, ölkəmizin iqtisadi inkişafı, müxtəlif istiqamətlər üzrə qazanılan uğurlar, əlverişli coğrafi mövqeyi və nəqliyyat-logistika imkanları ilə “Bir kəmər - bir yol” təşəbbüsü çərçivəsində əməkdaşlığa verdiyi və verə biləcəyi daha böyük töhfələr barədə danışacaqlar. Bundan başqa, nümayəndə heyətinin ikitərəfli görüşləri də nəzərə tutulub. Azərbaycan Çinin bu strategiyasını dəstəkləyən ilk ölkələrdən biridir. Prezident İlham Əliyevin 2015-ci ilin dekabrında Çinə dövlət səfəri çərçivəsində “İpək Yolu İqtisadi Kəməri”nin yaradılmasının birgə təşviqinə dair Anlaşma Memorandumu imzalanmışdı.
Anar Miriyev




 
Bölməyə aid digər xəbərlər
18.09.2018
Türkiyə İdlibə əlavə hərbi kontingent göndərəcək
18.09.2018
“Azərbaycan-Qətər əməkdaşlığının inkişafı üçün geniş perspektivlər var”
18.09.2018
Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
18.09.2018
Paşinyanın mətbuata hücumu başladı
18.09.2018
Ermənistan XİN Nikol Paşinyanın səhvlərini ört-basdır etməyə çalışır

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10118

1 ADPU-nun rektoru yüksək balla qəbul olunan tələbələrlə görüşüb
2 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
3 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
4 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
5 Aqil Acalov: “İdmançılar qanvermə aksiyalarında aktiv iştirak edəcəklər”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info