İtaliyanın baş naziri: “Avropa İttifaqı “çəpgöz”dür”
Tarix: 13.05.2017 | Saat: 01:10:00 | E-mail | Çapa göndər


Avropa İttifaqını ölkəsinə qarşı biganəlikdə suçlayan Paolo Centiloninin fikrincə, birlik qitənin cənubuna daha çox diqqət yetirməlidir

“Avropa İttifaqı Aralıq dənizində baş verənlərə nəzər yetirməməklə “çəpgöz” olduğunu bir daha nümayiş etdirdi”.
Bu fikirləri İtaliyanın baş naziri Paolo Centiloni bildirib. Avrop İttifaqını ölkəsinə qarşı biganəlikdə suçlayan baş nazirin fikrincə, Avropa İttifaqı bu gün qitənin cənubuna daha çox diqqət yetirməlidir: “Amma İtaliya uzun zamandır ki, cənub və Aralıq dənizi istiqamətinə diqqət etməyin nə qədər vacib olduğunu izah etməklə məşğuldur”. O, “G7”-də təmsil olunan ölkəsinin Avro-Aralıq dənizi tərəfdaşlığının inkişafı istiqamətində, xüsusilə Afrika ilə əlaqələrə xüsusi diqqət çəkmək niyyətində olduğunu dilə gətirib. Centiloninin sözlərinə görə, Roma ATƏT və Aralıq dənizi arasında əlaqələr üçün cavabdeh kimi bölgənin problemlərilə bundan sonra da məşğul olacaq: “Bu gün Aralıq dənizində yeni qaydaların tətbiq edilməsi ən vacib məsələlərdən biri olmalıdır. Müstəmləkə dövründən miras qalmış səlahiyyətlər artıq bu ərazilərdə onəm kəsb etmir”. Xatırladaq ki, 2008-ci ildə yaradılmış Beynəlxalq Aralıq dənizi İttifaqının qərargahı Barselonada yerləşir. Təşkilatda 43 Avropa İttifaqı və Aralıq dənizi ölkələri bir araya gəlir. Ərəb Liqası Dövlətləri də butaya daxildir.
Ağasəf Babayev




 
Bölməyə aid digər xəbərlər
20.11.2018
Qətərdə regionun ultramüasir klinikası açılıb
19.11.2018
Putin:“Türk axını” tamamlandıqdan sonra Rusiya-Türkiyə enerji əməkdaşlığı daha da güclənəcək”
18.11.2018
Bolqarıstanı kütləvi etiraz aksiyaları bürüyüb
17.11.2018
Rusiyadan Ermənistana gedən magistralda 600-ə yaxın avtomobil qalıb
17.11.2018
Suriyada uşaqlardan ibarət terrorçu dəstələr yaradılıb

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10507

1 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
2 “Tələbə Baharı-2018”-in mükafatçısı: “Hər gün xalq mahnılarımızı dinləyirəm”
3 Şervin Nəcəfpur: “Norveçdə doğulub boya-başa çatsam da, Vətən uzaqda deyil”
4 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb
5 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info