“Azərbaycan Fələstinə dəstəyini davam etdirəcək“
Tarix: 22.04.2013 | Saat: 23:10:00 | E-mail | Çapa göndər


Azərbaycanın Fələstin ilə bir çox istiqamətlərdə, o cümlədən humanitar sahədə əməkdaşlığının perspektivlərindən danışan E.Məmmədyarov fələstinli tələbələrin ölkəmizdə təhsil alması üçün tərəfimizdən lazımi dəstəyin verildiyini diqqətə çatdırıb. Nazir bu dəstəyin İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində də həyata keçirildiyini bildirib. Görüşdə Yaxın Şərq regionunda cərəyan edən proseslər barədə də fikir mübadiləsi aparılıb. E.Məmmədyarov Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi barədə həmsöhbətinə məlumat verib, bu məsələnin ədalətli həllinin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində olacağını bildirib. Elmar Məmmədyarov Fələstinin xarici işlər naziri Riad al-Maliki ilə görüşdə deyib ki, Azərbaycan Fələstinə dəstəyini davam etdirəcək. Nazir Məmmədyarov Azərbaycanın regionda sülhün tezliklə bərqərar olmasının tərəfdarı olduğunu vurğulayaraq, ölkəmizin Fələstinə dəstəyini davam etdirəcəyini bildirib. Elmar Məmmədyarov Azərbaycanın iki dövlət prinsipini dəstəklədiyini vurğulayıb. Həmçinin nazir Elmar Məmmədyarov Fələstinin beynəlxalq ictimaiyyətin tamhüquqlu üzvü olmağa haqqı olduğunu və hər zaman olduğu kimi beynəlxalq təşkilatlarda Fələstini dəstəkləyəcəyini qarşı tərəfin diqqətinə çatdırıb. Nazir Ermənistan-Azərbaycan münaqişəsi barədə məlumat verərək, Azərbaycanın sürətlə gücləndiyini və inkişaf etdiyini və gec-tez öz ərazi bütövlüyümüzü bərpa edəcəyimizi vurğulayıb.
Görüşdə Fələstinin xarici işlər naziri Azərbaycana dost və qardaş ölkə kimi yaxınlaşdığını vurğulayıb və bu səfəri Azərbaycan ilə Fələstin arasındakı münasibətlərin inkişafında mühüm addım kimi qiymətləndirib. Tərəflər müxtəlif sahələr üzrə münasibətlərin inkişaf etdirilməsi barədə razılığa gələrək, münasibətlərin inkişafı üçün böyük potensialın olduğunu vurğulayıb.
Fələstinin xarici işlər naziri Azərbaycanın bu gün mötəbər beynəlxalq təşkilatlarda, xüsusilə BMT TŞ, İslam Əməkdaşlıq Təşkilatında və Qoşulmama Hərəkatında nüfuza malik olduğunu qeyd edərək, Fələstinə verdiyi böyük dəstəyə görə təşəkkürünü bildirib.
Elmar Məmmədyarov Yaxın Şərqə səfəri çərçivəsində İsrail Knessetinin Xarici əlaqələr komitəsinin sədri Aviqdor Libermanla görüşüb. Aviqdor Liberman həmin görüşdə qeyd edib ki, İsrail Azərbaycanla əməkdaşlığı genişləndirmək niyyətindədir. Liberman Azərbaycanın stabil və sürətlə inkişaf edən ölkə olduğunu qeyd edərək bunun nəticəsində ölkəmizin beynəlxalq birliyin etibarlı tərəfdaşına çevrildiyini bildirib. İsrail rəsmisi bir çox sahələrdə ölkəmizlə əməkdaşlığın genişləndirilməsi üçün böyük potensialın olduğunu qeyd edib. Görüşdə turizm və parlamentlərarası münasibətlərin perspektivləri müzakirə edilib. Aviqdor Liberman Azərbaycanın regionun inkişafında rolunu xüsusi vurğulayıb. Görüş zamanı iki ölkə arasındakı münasibətlər, beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq perspektivləri müzakirə edilib.
Regionda gedən proseslər, xüsusilə Ermənistan-Azərbaycan münaqişəsi barədə müzakirələr aparılıb. Nazir Elmar Məmmədyarov münaqişənin ədalətli həllinə nail olunacağına əminliyini vurğulayıb və beynəlxalq ictimaiyyətin status-kvonun dəyişdirilməsi zəruriliyini, həmçinin status-kvonun dəyişməz qalmasının regionun inkişafına əngəl törətdiyini dərk etdiyini bildirib.
Görüşdə eyni zamanda Yaxın Şərqdə gedən proseslər diqqət mərkəzində olub. Nazir Elmar Məmmədyarov Azərbaycanın BMT TŞ-nin qeyri-daimi üzvü kimi Yaxın Şərqdə gedən prosesləri yaxından izlədiyini qeyd edib. Azərbaycanın xarici işlər naziri ölkəmizin beynəlxalq təşkilatlarla əməkdaşlığı barədə məlumat verib. "Jerusalem Post" yazır ki, nazir İsrail Prezidenti Şimon Pereslə də görüşüb. Peres görüşdə qeyd edib ki, Azərbaycan xarici işlər nazirinin İsrailə səfəri iki ölkə arasında yaxşı münasibətlərə öz töhfəsini verir. E.Məmmədyarov öz növbəsində qeyd edib ki, Azərbaycan multimədəni cəmiyyəti olan müstəqil və çiçəklənən ölkədir. Onun sözlərinə görə, Bakı mehriban qonşuluq münasibətlərinə qətiyyətlə inanır : "Buna baxmayaraq, həlli uzanan münaqişə və ərazimizin işğal edilməsi səbəbindən hələ də Ermənistanla problemləri var". Peres əmin olduğunu bildirib ki, Azərbaycan öz geosiyasi regionunda əsas oyunçu olacaq və ölkənin insan kapitalı və təbii resurslar, hazırda inkişaf edən elm və texnologiyalara əsaslanmış böyük gələcəyi var.




 
Bölməyə aid digər xəbərlər
21.09.2018
Cüdo üzrə dünya çempionatının açılış mərasimi keçirilib
21.09.2018
Ədliyyə naziri Ağstafada vətəndaşları qəbul edib
21.09.2018
Sumqayıtın ən innovativ startap layihələri bəlli oldu
21.09.2018
Ramin Quluzadə Qazaxda vətəndaşlarla görüşüb
21.09.2018
Leysan yağacaq, dolu düşəcək

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10128

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 QHT sədri Ukraynadakı “Qafqaz“ xalq rəqs ansamblına milli geyimlər hədiyyə edib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info