Ədəbiyyat İnstitutunun veb-saytının yeni versiyası istifadəyə verilib
Tarix: 13.05.2017 | Saat: 01:14:00 | E-mail | Çapa göndər


Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Nizami adına Ədəbiyyat İnstitutunda bu qurumun veb-saytının təqdimatı olub.
Akademiyadan bildiriblər ki, təqdimat mərasimində AMEA-nın vitse-prezidenti, institutun direktoru, akademik İsa Həbibbəyli rəhbərlik etdiyi elmi müəssisədə son zamanlar yüksək texnologiyaların sürətlə tətbiq olunduğunu söyləyib. Qeyd edilib ki, 2014-cü ildə institutda elektron müşahidə sistemi yaradılıb, elektron akt zalı fəaliyyətə başlayıb, həmçinin elektron kitabxana oxucuların istifadəsinə verilib.
Vurğulanıb ki, bu gün AMEA-nın elmi müəssisə və təşkilatlarının veb-saytları Azərbaycan elmində baş verən yeniliklərin dolğun işıqlandırılmasında xüsusi əhəmiyyət daşıyır və alimlərimizin fəaliyyətinə dair məlumatlar bu saytlar vasitəsilə operativ yayımlanır. İ.Həbibbəyli Ədəbiyyat İnstitutunun veb-saytının bütün müasir tələblərə cavab verdiyini və burada ən son texnoloji yeniliklərin reallaşdırıldığını nəzərə çatdırıb.
Sonra institutun elmi informasiya və tərcümə şöbəsinin müdiri, filologiya üzrə fəlsəfə doktoru Zakirə Əliyeva “www.literature.az” saytını təqdim edərək veb-saytın yaradılmasınin əsas məqsədinin institutun fəaliyyətinin ölkə və dünya ictimaiyyətinə daha geniş çatdırılması olduğunu bildirib.
Məruzəçi saytın strukturu haqqında ətraflı məlumat verərək üç dildə (Azərbaycan, rus və ingilis) fəaliyyət göstərən veb-saytda “İnstitut haqqında”, “Elm”, “Təhsil”, “Şuralar”, “Konfranslar”, “Təqdimatlar”, “Yeni nəşrlər”, “E-kitabxana” bölmələrinin yer aldığını, institutda keçirilən mühüm tədbirlərin “Fotoqalereya” və “Videoqalereya” bölmələrində əksini tapdığını söyləyib.
Tədbirdə saytı hazırlayan “Time4soft” MMC şirkətinin direktoru Ruslan Əliyev veb-saytın xətti dizayn və blok formatında hazırlandığını və rəsmi qurumlara keçid linklərinin burada yerləşdirildiyini söyləyib.
AMEA-nın İnformasiya Texnologiyaları İnstitutunun şöbə müdiri Gülnarə Nəbibəyova və başqaları çıxış edərək veb-saytla bağlı təkliflərini səsləndiriblər.
Nigar




 
Bölməyə aid digər xəbərlər
21.11.2018
Ümumdünya Dağ Yəhudiləri Konqresi: “Azərbaycan multikulturalizm, tolerantlıq və dinlərarası dialoq nümunəsidir”
21.11.2018
Neftçalada tikilən modul tipli 7 məktəb binasında işlər ilin sonunadək başa çatacaq
20.11.2018
Gömrükçülər narkotik vasitə aşkarlayıb
20.11.2018
NDU-da YAP-ın yaradılmasının 26-cı ildönümü ilə bağlı konfrans keçirilib
19.11.2018
“İrəli”nin keçirdiyi intellektual yarışların Aran və Gəncə-Qazax üzrə qalibləri müəyyənləşib

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10509

1 Şervin Nəcəfpur: “Norveçdə doğulub boya-başa çatsam da, Vətən uzaqda deyil”
2 “Tələbə Baharı-2018”-in mükafatçısı: “Hər gün xalq mahnılarımızı dinləyirəm”
3 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir
4 Eldar Əzizov Bakı Şəhər İcra Hakimiyyətinin başçısı təyin edildi
5 Abel Məhərrəmov BDU-nun rektoru vəzifəsindən azad edilib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info