“Peşə təhsili və təlimi sektorunda bütün imkanlar səfərbər olunacaq”
Tarix: 13.05.2017 | Saat: 01:25:00 | E-mail | Çapa göndər


Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyinin (PTDA) yeni inzibati binasının açılış mərasimi keçirilib. Tədbir iştirakçıları agentliyin yeni binası ilə yaxından tanış olublar.
Tədbirdə çıxış edən təhsil naziri Mikayıl Cabbarov bildirib ki, Peşə Təhsili üzrə Dövlət Agentliyi bir il öncə Prezident İlham Əliyevin fərmanına əsasən yaranıb. Onun sözlərinə görə, agentliyin qarşısında duran vəzifələr bu gün ölkənin təhsil sistemində həyata keçirilən islahatlara, ölkə iqtisadiyyatının, strukturunun möhkəmlənməsinə, ildən-ilə formalaşmasına xidmət edir. Peşə təhsili təhsil sisteminin bir neçə səbəbə görə mühüm əhəmiyyətə malik olduğunu deyən nazir qeyd edib ki, agentlik yarandığı andan bu günə kimi bir sıra işlər həyata keçirilib: "Bura peşə təhsili müəssisələrinin optimallaşması, birləşməsi, onların tədris proqramlarının məzmununa, peşə standartlara yenidən baxılması, özəl sektorla əməkdaşlığın genişləndirilməsi və digər məsələlər daxildir. Artıq özəl kapitalın, sərmayelərin iştirakı ilə də peşə təhsili müəssisələri fəaliyyət göstərir. Son dövrdə bir neçə peşə təhsili müəssisəsi əsaslı təmir edilib, yenidən tikilib. Bu yaxınlarda Qəbələdə yerləşən peşə təhsili müəssisənin açılış planlaşdırılır. Bakı və Gəncə şəhərində müvafiq əsaslı təmirdən sonra peşə məktəblərinin fəaliyyətin davam etdirilməsi və genişləndirilməsi həyata keçirilib. Peşə məktəblərinin fəaliyyəti, agentliyin planlaşdırdığı işlər real iqtisadiyyatın nümayəndələri, dövlət və özəl şirkətlər, sahibkarlarla birgə işləyərək iqtisadi proqnozlara, əmək bazarının dəyişən tələblərinə əsaslanaraq həyata keçirilməlidir. Bu istiqamətdə əlavə tədbirlərin də görülməsi planlaşdırılır”.
Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru Famil Mustafayev bildirib ki, agentlik ilk peşə-ixtisas təhsili sahəsində dövlət siyasətinin həyata keçirilməsini təmin edən və əlaqələndirən, ilk peşə-ixtisas təhsili müəssisələrinin fəaliyyətini təşkil edən icra hakimiyyəti orqanı kimi fəaliyyət göstərir. O, peşə təhsili və təlimi sektorunda müasir dövrün tələblərinə uyğun ixtisaslı kadr hazırlığı, beynəlxalq təcrübənin öyrənilməsi və əmək bazarının rəqabətqabiliyyətli işçi qüvvəsi ilə təmin edilməsi məqsədinə nail olunması üçün bütün imkanların səfərbər olunacağını vurğulayıb.

Nazir:
“Peşə təhsili sisteminin islahatına başlanılıb”
Mikayıl Cabbarov bildirib ki, son illər obyektiv səbəblərə görə ölkənin peşə təhsili sistemində bir sıra həllini gözləyən problemlər və çətinliklər mövcuddur. Nazir qeyd edib ki, bura ilk olaraq maddi-texniki baza ilə bağlı məsələləri aid etmək olar. Nazirin sözlərinə görə, peşə təhsili müəssisələrində qaçqın və məcburi köçkün vətəndaşların yerləşdirilməsi təbii olaraq həm təhsil prosesinə çətinliklər yaradır, həm də müəssisələrin özlərinin maddi-texniki bazasına mənfi təsir göstərib.
M.Cabbarov qeyd edib ki, peşə təhsili sahəsində idarəetmədə olan boşluqlardan irəli gələn məsələlər, bu sistemə qəbul, hazırlıq prosesi zamanı, yekun qiymətləndirmə prosesində bir çox xoşagəlməz hallar baş verib: “Nəticə etibarı ilə peşə təhsili müəssisənin diplomunu əldə etmiş məzun bir çox hallarda əmək bazarında tələb olunan kompitensiyalara malik olmayıb. Belə olduğu təqdirdə peşə təhsilinin nüfuzu istər-istəməz aşağı düşür, istər işə götürənlər, istərsə də cəmiyyət tərəfindən ona olan inam azalır. Bu və ya digər sahədə olan problemlərin həlli məqsədilə Prezident tərəfindən Təhsilin inkişafı üzrə Dövlət Strategiyasında nəzərdə tutulan yeni ixtisaslaşmış qurumun - Peşə Təhsili üzrə Dövlət Agentliyinin yaradılması və buna paralel peşə təhsili sistemi sisteminin islahatına başlanılıb”.

“Asan peşə”nin icrasına başlanılıb
Azərbaycanda peşə təhsili müəssisələrinə qəbul sahəsində təkmilləşmə prosesi davam etdiriləcək. Mikayıl Cabbarov bildirib ki, Təhsil Nazirliyi ilə Asan Xidmət Mərkəzinin birgə layihəsi olan “Asan peşə”nin icrasına başlanılıb. Onun sözlərinə görə, təhlillər göstərir ki, bu layihə nəticəsində peşə məktəblərinə qəbul olanların akademik göstəricilərində yaxşılaşma baş verir: “Bu da öz növbəsində onu göstərir ki, peşə təhsilinin nüfuzu, peşə təhsili seçimi daha yüksək seçim kimi qəbul edilir. “ASAN peşə” layihəsi davam edəcək və genişləndiriləcək. Asan xidmətlə nazirliyin əməkdaşlığı da genişlənir və davam edir. Quba və Mingəçevir şəhərlərində tikintisi gedən “ASAN həyat” mərkəzlərində peşə təhsili müəssisələrinin bir hissəsinin yerləşməsi nəzərdə tutulur. Başlanan və tətbiq edilən yanaşmaları bütün ölkə ərazisində genişləndirməyi planlaşdırırıq”.
Nigar




 
Bölməyə aid digər xəbərlər
22.09.2018
Reytinq: Bakı dünyanın ən təhlükəsiz 41 şəhəri sırasında yer alıb
22.09.2018
Xüsusi Olimpiya Hərəkatı gənc liderlərin 20-ci Qolobal Forumu keçiriləcək
21.09.2018
Azərbaycanın ən sürətli mobil şəbəkəsinin adı açıqlanıb
21.09.2018
Baş prokuror Quba rayonunda vətəndaşları qəbul edib
21.09.2018
Sahil Babayev Göygöl rayonunda 4 rayon və şəhərin sakinləri ilə görüşüb

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10130

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 QHT sədri Ukraynadakı “Qafqaz“ xalq rəqs ansamblına milli geyimlər hədiyyə edib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info