“Xarici təsirə düşənlərin müxalifətdə başçılığa can atması arzuolunmazdır”
Tarix: 22.04.2013 | Saat: 23:23:00 | E-mail | Çapa göndər


Radikal müxalifətin “milli şura” yaratmaq məsələsi məlum olduğu kimi alınmadı və bu məsələ qapalı hesab edilir. Amma digər yandan da bunun ideya müəllifi olan kinorejissor Rüstəm İbrahimbəyovun guya şuranı formalaşdırdığı, artıq bu qurumla bağlı onu təşkil edəcək tərəflərin razılığına nail olunduğu barədə ziddiyyətli xəbərlər yayılır. Yayılan xəbərlərdən biri də odur ki, guya R.İbrahimbəyov “milli şura”nın rəhbəri olacaq.
Halbuki “milli şura” ilə bağlı müzakirəyə qoşulan “ictimai palata”da təmsil olunan qurumlar, xüsusilə də Müsavat partiyası bu cür xəbərləri cidd-cəhdlə təkzib edir. Belə ki, “medianews.az” saytında bu barədə yayılan xəbərlərin doğruluğu müsavatçılar tərəfindən inkar edilib. Müsavat R.İbrahimbəyovun guya yaradılacaq “milli şura”ya sədr olacağına, yaxud da “ictimai palata”dakı AXCP və Müsavat başçılarının bu durumla barışacaqlarına, ümumiyyətlə, “milli şura”ya “hə” deyəcəklərinə şübhə ilə yanaşdığını öz qəzetində açıq şəkildə ifadə edib. Bütün bunlar isə onu deməyə əsas verir ki, “milli şura” ideyası əvvəlcə radikal düşərgədə ortaya atılsa da, sonradan bu barədə razılaşma olmadığından indi tərəflərin hər biri gündəmə gəlmək üçün bu məsələni öz xeyri üçün manipulyasiya edir və dövriyyəyə özlərinə sərf edən informasiyalar buraxırlar. Beləliklə, prezident seçkilərinə olan vaxt azaldıqca, pərakəndə və dağınıq, bir-birilərilə ziddiyyətdə olan radikal müxalifət düşərgəsi təşkilatlanmaq əvəzinə, bu cür informasiyalarla günlərini bada verməkdədirlər. “Palitra”ya bu barədə açıqlamasında Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu bildirdi ki, bu “milli şura” məsələsi o qədər qeyri-ciddidir ki, onunla maraqlanmağa dəyməz: “Həm ideyanın özünün qoyuluşu, həm də zaman baxımından bunun yaradılma cəhdi yanlışdır. Həm də bu şuranın həyata keçirilməsi taktikası yanlışdır. İstər nəzəri, istərsə də praktiki baxımdan “milli şura” alınmayacaqdı və elə alınmadı da. Amma eyni zamanda da “milli şura”nı yaratmaqla bağlı bir araya gəlmiş qurumların hər biri bu məsələdən özlərinə sərf edən xəbərlər yaymaqla gündəmdə qalmaq istəyirlər. Bu qurumun detalları razılaşdırılmayıb və hər tərəf də həmin detalları özlərinə sərf edən tərəfə çəkməyə çalışır. Bu isə narazılıqları daha da artırır. Bunun isə heç bir mənası yoxdur, elə-belə, aradabir Rüstəm bəy bir bəyanat verir, sonra da hamı bir-birinə dəyir. Amma “milli şura” kimlərdən ibarət olacaq, bura daxil olan qüvvələr kimlər olacaq, bu şura “milli” adına iddia etməsinə baxmayaraq, əslində kimlərin şurası olacaq - bunlar barədə heç bir razılaşma və müəyyənlik yoxdur”.
Cəlaloğlu onu da qeyd etdi ki, “milli şura” ideyasını Rusiyadakı “milyarderlər ittifaqı” deyilən quruma yaxın R.İbrahimbəyov irəli sürdüyü üçün də bu şura şübhəlidir: “Hər halda xarici təsirlər əsasında ortaya çıxacaq bir qurumun nə qədər milli olacağı da ciddi şübhələr doğurur”.
R.İbrahimbəyovun “milli şura”nın rəhbəri olacağı ilə bağlı deyilən fikirlər isə qurumun qeyri-ciddiliyini daha da artırır və ona “rəng” qatmış olur: “Əgər həmin qurum siyasi mübarizə qurumu olacaqdısa, oraya kifayət qədər siyasi təcrübəsi olan, ciddi siyasi imicli bir adam başçı olmalı idi. Amma Rüstəm İbrahimbəyovun müxalifətin hər hansı bir kəsimini təşkil edən quruma başçılığı çox anormaldır. Çünki İbrahimbəyov seçkidə həmin qurumu müxalifətin rəhbəri rolunda yönləndirə bilməyəcək. Buna onun potensialı, gücü, bacarığı yetməz. Bir sözlə, müxalifətin mənafeyi baxımdan Rüstəm İbrahimbəyovun “milli şura”nın rəhbəri olacağı arzuolunmazdır. Çünki biz onun üzvü olduğu “milyarderlər ittifaqı”na yaxşı baxmırıq”.
ADP sədrinin sözlərinə görə, xarici dairələrin təsiri altında olanların “milli” adı ilə müxalifətdə başçılığa can atması arzuolunmazdır.
İlkin AĞAYEV




 
Bölməyə aid digər xəbərlər
17.11.2018
ATƏT-in Minsk qrupu işğalçı Ermənistana təzyiq göstərmək üçün bütün alətlərdən maksimum istifadə etməlidir
17.11.2018
Ermənistan Belarus və Qazaxıstanla KTMT-də müttəfiq dövlət olmasına baxmayaraq, ciddi tərəfdaş kimi qəbul olunmur
17.11.2018
Rəsmi Bakı: Belə qərəzli addımlar Fransanın Minsk qrupunun həmsədri kimi üzərinə götürdüyü öhdəliklərlə bir araya sığmır
17.11.2018
Fransalı deputatların Saakyanla mümkün görüşü Fransanın ATƏT-in Minsk qrupunun həmsədri kimi statusuna zidd olacaq
17.11.2018
KTMT-nin Ermənistan problemi: Azərbaycan-Belarus əməkdaşlığına rəsmi İrəvanın qısqanclığı

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10490

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info