TUMİB Cəlilabadda qəhrəmanlıq ənənələrini təbliğ edib
Tarix: 14.05.2017 | Saat: 00:01:00 | E-mail | Çapa göndər


“Türkiyə Universitetləri Məzunları” İctimai Birliyi Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin maliyyə dəstəyilə həyata keçirdiyi “Qəhrəmanlarımız bizim qan yaddaşımızdır” adlı layihənin icrasına başlayıb. Layihə çərçivəsində Cəlilabad rayonuna səfər edən TUMİB rəhbərliyi və Cəlilabad rayon İcra Hakimiyyəti Başçısının müavini Dürdanə Əliyeva əvvəlcə rayonun Lallar kəndinə gedərək, Azərbaycanın Milli Qəhrəmanı Eldar Həsənovun ailə üzvlərilə görüşüb, sonra isə şəhid hərbçimizin məzarını ziyarət ediblər. TUMİB üzvləri həmin gün həmçinin Ankara Hərbi Akademiyasının məzunu, Azərbaycan Respublikasının prezidenti İlham Əliyev tərəfindən “İgidliyə görə” medalı ilə təltif olunmuş şəhid zabit Əhməd Abdullayevin də valideynləri ilə görüşmüş, onun da məzarını ziyarət etmişlər.
Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Cəlilabad filialında baş tutan tədbir Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid olmuş qəhrəman oğul və qızlarımızın xatirəsini bir dəqiqəlik sükutla yad etməklə başlayıb. Tədbir iştirakçıları sonra dövlət himnimiz canlı canlı ifa ediblər.
ADPU-nun Cəlilabad filialının direktoru Xudayar Sultanlı gənc nəslin tərbiyəsində təhsil müəssisələrinin üzərinə düşən vəzifələrdən danışıb. Qeyd edib ki, müasir təhsil sistemi milli-mənəvi dəyərlərə bağlı olan vətənpərvər gənclik yetişdirməyə xidmət edir. X.Sultanlı vətəndaş cəmiyyəti institutlarının bu prosesdə iştirakını müsbət hal kimi qiymətləndirib.
“Türkiyə Universitetləri Məzunları” İctimai Birliyinin (TUMİB) sədri Çingiz Bayramov əvvəlcə layihə barədə məlumat verib. Bildirib ki, TUMİB Gənclər və İdman Nazirliyinin keçirdiyi qrant müsabiqəsinin qalibi olduğu üçün Bakıda və regionlarda gənclərin iştirakı ilə görüşlər keçirir: “Bu görüşlərin məqsədi qəhrəmanlarımızı təbliğ etmək, onların keçdikləri şərəfli ömür yolu barədə yeniyetmə və gənclərimizə ətraflı məlumat verməkdir”.
Ç.Bayramov adını Azərbaycan tarixinə qızıl hərflərlə həkk etmiş qəhrəman oğul və qəzlarımızı təbliğ etməklə milli dəyərlərə bağlı olan vətənpərvər gənclik yetişdirməyin mümkün olduğunu deyib. TUMİB sədri bildirib ki, hər bir yemiyetmə və gənc Azərbaycanın qəhrəman övladlarını yaxından tanımalı, onlarla fəxr etməlidir. “Həyatını ölkəmizin suverenliyi, xalqımızın firavan gələcəyi uğrunda fəda etmiş qəhrəman oğul və qızlarımızı unutmağa mənəvi haqqımız yoxdur, deyə təşkilat rəhbəri vurğulayıb.
TUMİB İdarə Heyətinin üzvü, tanınmış jurnalist Seymur Verdizadə gənclərin vətənpərvər ruhda yetişməsində mətbuatın üzərinə düşən vəzifələrdən danışıb. S.Verdizadə deyib ki, ölkədə mövcud olan təbliğat tribunaları gənclərin potensialının üzə çıxmasına dəstək verməli, fərdi ideyalarını reallaşdırmaqda onlara yardım etməlidir.
Cəlilabad rayon Gənclər və İdman İdarəsinin baş məsləhətçisi Salamat Nəcəfov Azərbaycanda dövlət-gənclər siyasətinin uğurla həyata keçirildiyini deyib. S.Nəcəfov qeyd edib ki, təmsil etdiyi qurum gənclərin rayonun ictimai həyatında yaxından iştirak etməsi üçün səylə çalışır.




 
Bölməyə aid digər xəbərlər
15.02.2019
Ədliyyə naziri Xaçmazda vətəndaşları qəbul edib
15.02.2019
Алексей Ретеюм: “Дизайн Баку поражает. Москве есть чему поучиться“
15.02.2019
Masallıda təqdimat: “Bizim tanıdığımız Elmira...”
15.02.2019
Masallıda “Xocalı faciəsi qan yaddaşımızdır” mövzusunda inşa müsabiqəsi keçirilib
15.02.2019
Səfir: “Azərbaycanda tolerantlığın yüksək səviyyədə olmasını bütün dünya etiraf edir”

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Esmira Məmmədova
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10598

1 “Gürcüstanda yaşayan gürcü və azərbaycanlı gənclərin mütəmadi görüşlər keçirməsi vacib şərtdir”
2 “Vzqlyad.ru”: “Nazarbayev və Əliyev türk-islam dünyasının lideri roluna ən aktiv iddiaçılardır”
3 Prezident İlham Əliyevin Real televiziyasına müsahibəsi (Yenilənib)
4 “Əsas oxucu kütləsi sayılan gənclər bu gün internet mediaya daha çox üstünlük verirlər”
5 Qabaqcıl texnologiyalar dövründə ənənəvi və internet medianın inkişafı


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info