Əlillərə 9 mindən çox protez-ortopedik məmulat və reabilitasiya vasitəsi verilib
Tarix: 15.05.2017 | Saat: 16:40:00 | E-mail | Çapa göndər


Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən cari ilin yanvar-aprel aylarında Protez-Ortopedik Bərpa Mərkəzi, onun Gəncə şəhərindəki filialı və Naxçıvan istehsalat sahəsi tərəfindən 3 702 nəfər əlilliyi olan vətəndaş protez-ortopedik bərpa xidmətləri ilə təmin olunub.
 
Nazirliyin ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, onlardan 486 nəfərini ölkəmizin ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlil olmuş şəxslər təşkil edib.
 
Bu dövrdə əlilliyi olan şəxslərə dayaq-hərəkət sisteminin itirilmiş funksiyalarının bərpası məqsədilə 358 ədəd aşağı və yuxarı ətraf protezi, 3096 ədəd müxtəlif reabilitasiya vasitəsi, 526 ədəd yuxarı və aşağı ətraf ortezi, 158 ədəd bel və boyun nahiyəsi üçün korset verilib. Əlilliyi olan şəxslər həmçinin 812 cüt protez ayaqqabı, 1 473 cüt ortopedik ayaqqabı, 125 ədəd dördayaqlı dayaq vasitəsi, 215 cüt qoltuqaltı və 375 cüt dirsəkaltı ağacla, 708 ədəd əsa və s. ilə təmin ediliblər. Əlilliyi olan şəxslərə həmçinin 14 ədəd əlil arabası verilib, onlara məxsus 253 ədəd reabilitasiya vasitəsi və protez-ortopedik məmulatın təmiri işləri aparılıb.
 
Ümumilikdə yanvar-aprel aylarında əlilliyi olan şəxslər 9 355 protez-ortopedik məmulat və reabilitasiya vasitəsi ilə təmin olunublar. Habelə Protez-Ortopedik Bərpa Mərkəzinin və onun Gəncə şəhərindəki filialının mürəkkəb protezləşdirmə stasionarlarında 177 nəfər əlilliyi olan şəxsə reabilitasiya xidmətləri göstərilib.
Tural




 
Bölməyə aid digər xəbərlər
21.09.2018
Bakı metropoliteni tarixinin ən böyük sosial layihəsinə start verilir
20.09.2018
Ağdamda keçirilən əmək yarmarkasında 75 nəfərə işə göndəriş verilib
20.09.2018
Qafqaz Müsəlmanları İdarəsində qanvermə aksiyası keçirilib
20.09.2018
İqtisadiyyat naziri Gəncədə vətəndaşları qəbul edəcək
20.09.2018
Arıçılıqla məşğul olan şəxslərə subsidiya veriləcək

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10123

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info