Şagirdlər qazlı içkilərin, kolbasa və sosiskaların ziyanları barədə məlumatlandırılıb
Tarix: 15.05.2017 | Saat: 17:08:00 | E-mail | Çapa göndər


Mayın 12-də “Rəvan” Gəncliyə Dəstək İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyi ilə “Sağlam düşüncə, sağlam həyat tərzi” layihəsi çərçivəsində növbəti tədbir keçirib.

Yevlax rayon Yuxarı Qarxun kənd tam orta məktəbində keçirilən tədbirdə “Rəvan” Gəncliyə Dəstək İctimai Birliyinin sədri Ramiz Cürənov bildirib ki, fast-foodla birlikdə istehlak edilən kolalı, qazlı içkilər insanın kökəlməsinə, həzm sistemində problemlər yaranmasına səbəb olur. Həddindən artıq kofein qəbulu əsəbilik, yuxusuzluq gətirir, qan təzyiqində yüksəlmə riskini artırır. Məsələn, “Coca-Cola”nı içən zaman ilk 10 dəqiqə ərzində qana 10 çay qaşığı şəkər daxil olur. Bu isə günlük normadan 100 dəfə çoxdur. Ürək bulanmasının olmamasının səbəbi isə içkinin təkibdə olan fosforik asid adlanan maddədir. İlk 20 dəqiqə ərzində insanın qan şəkəri yüksəlməyə başlayır. Qanda gedən reaksiya nəticəsində insulin ifraz olunur və qan şəkərinin artığı qaraciyərdə yağ kimi toplanır. 40 dəqiqə içərisində kafein bütün qanda dolaşmağa başlayır. Qan təzyiqi yüksəlir. Qaraciyərdən gələn şəkər qana keçir və qandakı şəkərin miqdarı yenidən yüksəlməyə başlayır. 45 dəqiqə sonra beyindəki dopaminin miqdarı artır, insan özünü xoşbəxt hiss etməyə başlayır (Heroinin təsirinə bənzər təsir yaşanır). Təkrar “Coca Cola”ya və şirin ərzaqlara təlabət artır. İçkinin qəbul edildiyi vaxt ərzində qaraciyərin yağlanması artır. Bədənin bütün hüceyrələrində leptin və insulinə (yağlara və zülalara qarşı) müqavimət artır. Kökəlmə başlayır və bütün inkişaf edən xəstəliklərə başlanğıc verir.

R. Cürənov deyib ki, kolbasa və sosis məhsullarını da insan sağlamlığı üçün xeyirli hesab etmək olmaz. Bunun səbəbləri çoxdur. Hazırda bu məhsulların istehsalı zamanı onlarla müxtəlif kimyəvi maddələr istifadə olunur. Bu maddələrin bir hissəsi məhsulun dadını, digərləri rəngini və iyini insan üçün daha xoş edir. Bundan əlavə məhsula lazım olan qatı konsistensiya vermək, onun həcmini və saxlama müddətini artırmaq və s. məqsədlərlə müxtəlif kimyəvi maddələr istifadə olunur. Bu kimyəvi maddələrin bir hissəsi orqanizm üçün çox ziyanlıdır. Bütün kolbasa məhsullarına əlavə olunan nitratlar (natrium nitriti) orqanizmdə güclü kanserogen təsirinə malik olan birləşmələr (nitrozaminlər) əmələ gətirir. Nitratların kolbasada əsas "vəzifəsi" məhsula xoşagəlimli xarici görünüş vermək və onun saxlanma müddətini artırmaqdır. Beləliklə, tez-tez kolbasa məhsulları qəbul edən insanın orqanizmində xərçəng hüceyrələrin əmələ gəlməsi prosesi sürətlənir. Təbii ki, immun sistemimiz bu hüceyrələri daim zərərləşdirir. Lakin immun sistemimiz müxtəlif səbəblərə (xəstəlik, stress və s.) görə zəifləyə bilər ki, bunun nəticəsində "sağ qalmış" xərçəng hüceyrələri çoxalaraq xərçəng şişini əmələ gətirə bilər. “Rəvan” Gəncliyə Dəstək İctimai Birliyinin sədri Ramiz Cürənov qeyd edib ki, digər ziyanlı maddə fosfatlardır. Bu maddəni də bütün kolbasa-sosis məhsullarına əlavə edirlər. Fosfatlar kolbasaya "ətə" uyğun olan rəng və lazım olan sıx konsistensiya verir. Kolbasanın rəngi lazım olandan daha parlaq olduqda, bu o deməkdir ki, məhsulda fosfatların miqdarı olduca çoxdur. Daim böyük dozalarda orqanizmə daxil olan fosfatlar orqanizmdə kalsium və fosforun balansını pozur ki, nəticədə insanda osteoporoz (sümüklərin kövrək olması) inkişaf edir. Mütəxəssislərin rəyinə görə, hazırda ucuz kolbasa-sosis növlərində ət, demək olar, yoxdur. Belə məhsulların əsas hissəsini soya (paxlalı bitki), heyvan dərisi, sümükləri və digər tullantı hissələri, sellüloz təşkil edir. Soya genetik səviyyəsində modifikasiya olunmuş məhsuldur.


Daha sonra şagirdlərin mövzu ilə əlaqədar sualları cavablandırılıb.

Tural




 
Bölməyə aid digər xəbərlər
20.11.2018
“Cümhuriyyət 100 il” adlı rəsm müsabiqəsinə yekun vurulub
20.11.2018
İnzibati məsuliyyətə cəlb edilən piyadaların sayı 100 mini ötüb
20.11.2018
AMEA-da Cümhuriyyət tarixinə dair dəyərli elmi-tədqiqat işləri aparılır
20.11.2018
Qloballaşma şəraitində milli dəyərlərimizin konfiqurasiyasının dəyişdirilmə təhlükəsi
20.11.2018
Aysel Fərziyeva yeni vəzifəyə gətirilib

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10508

1 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
2 “Tələbə Baharı-2018”-in mükafatçısı: “Hər gün xalq mahnılarımızı dinləyirəm”
3 Şervin Nəcəfpur: “Norveçdə doğulub boya-başa çatsam da, Vətən uzaqda deyil”
4 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb
5 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info