Oyunlarla əlaqədar Qubaya gələn turistlərin sayı iki dəfəyədək artıb
Tarix: 15.05.2017 | Saat: 17:44:00 | E-mail | Çapa göndər


Bakıda keçirilən IV İslam Həmrəyliyi Oyunları ilə əlaqədar ölkəmizə gələn xarici turistlərin sayı artıb. Bu günlərdə respublikamızın səfalı guşələrindən olan Quba rayonunun turizm məkanlarına da xeyli turist səfər edir.
Adi günlərlə müqayisədə rayonun istirahət mərkəzlərinə gələn əcnəbi qonaqların sayı iki dəfəyədək artıb. Xarici turistlər əsasən ərəb və digər müsəlman ölkələrinin təmsilçiləridir. Bununla yanaşı, Qubanı görmək istəyənlər arasında Rusiya, İtaliya, Yaponiya, Hollandiya kimi ölkələrin vətəndaşları da var.
Quba Turizm İnformasiya Mərkəzi bu günlərdə gücləndirilmiş iş rejimində çalışır. Rayona gələn qonaqların çoxluğu nəzərə alınaraq, mərkəz istirahət və bayram günlərində də fəaliyyət göstərir. Turistlərin rayonda istirahətini təmin etmək üçün “qaynar xətt” yaradılıb. Əcnəbi və yerli turistlər 24 saat ərzində (070) 530-76-70 nömrəsinə zəng edərək istirahət mərkəzləri, turizm marşrutları barədə ətraflı məlumat ala bilərlər. Quba Turizm İnformasiya Mərkəzi tərəfindən turistlərə ödəniş əsasında nəqliyyat vasitəsi və bələdçi təqdim olunur.
Mərkəzinin direktoru Murad Hacıyev bildirib ki, Qubada yeni turizm marşrutu da qonaqların ixtiyarına verilib. Bu, Quba-Alıc istiqamətidir. Həm əcnəbi, həm də yerli turistlər bundan sonra Alıc kəndi istiqamətində yerləşən, tarixi abidələrlə zəngin, əsrarəngiz təbiət mənzərələri ilə seçilən yaşayış məntəqələrinə səyahət edə biləcəklər.
Bununla da Qubadakı mövcud turizm marşrutlarının sayı beşə çatıb. Quba-Alıcla yanaşı, turistlər Quba-Xınalıq, Quba-Afurca, Quba-Ləzə və Quba-Xanəgah istiqamətlərində olan marşrutlardan da faydalana bilərlər.
Hazırda rayonda 40-a yaxın istirahət mərkəzi fəaliyyət göstərir.
Qeyd edək ki, 2016-cı ildə Qubaya səyahət edən yerli və xarici turistlərin sayı 80 min nəfərdən çox olub.

Nigar




 
Bölməyə aid digər xəbərlər
25.05.2019
Heydər Əliyev Fondu növbəti iftar süfrəsini Ağsuda açıb
25.05.2019
Bu günün havası: paytaxtda yağmursuz, rayonlarda isə...
25.05.2019
Əsl müəllim həmişə nümunəvi vətəndaş, yaxşı şagird yetişdirməyə çalışır
24.05.2019
Şabran məktəbliləri internetdə olan imkanlar və təhlükələr barədə məlumatlandırılıb
24.05.2019
Azərbaycan Ordusuna mənəvi dəstək aksiyası keçiriləcək

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10787

1 Üç müharibə iştirakçısı olan general-mayor
2 Oqtay Zülfüqarovun uşaq mahnıları müasir aranjemanda səslənəcək
3 “İrəvan quberniyasına aid arxiv materiallarını oxuduqca hiss edirsən ki, buralar döğma torpaqlardır”
4 Erməni əsilli gimnast: Mxitaryanın yerində olsaydım, komandamla birgə Bakıya gələrdim
5 …Hər sözdə vətən axtaran soydaşımız


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info